No Image
No Image

“Müğənni maşınını sata bilər, satmağa heç nəyi olmayan insanlar nə etsin?” — Namiq Qaraçuxurlu

“Müğənni maşınını sata bilər, satmağa heç nəyi olmayan insanlar nə etsin?” — Namiq Qaraçuxurlu
"Populyar olan insanların əksəriyyəti bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar”.
 
Sfera.az bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu musavat.com-a deyib. Meyxanaçı karantin günlərini evdə keçirdiyini də açıqlayıb:

"5 aydır ki, toylar, tədbirlər yoxdur. Vaxtımı evdə ailəmlə keçirirəm. İstirahət edirəm, yaradıcılıqla məşğulam. Yeni mahnılar yazıram. Eyni zamanda mütaliə və idmanla məşğul oluram. Bacardığım qədər evdən çıxmıram”.

- Karantin rejimi yumşaldılsa da, toylara qoyulan qadağa aradan götürülmür. Bir neçə aydır toy mərasimləri, tədbirlər yoxdur, maddi cəhətdən ailənizi necə təmin edirsiniz?

- Şükürlər olsun ki, hələ maddi sıxıntı yaşamıram. Ailəmi dolandıracaq gücüm var. Amma növbəti aylarda vəziyyət necə olacağını bilmirəm.

 - İnsanlar hər zaman populyar şəxslərin zəngin olduğunu düşündüyü üçün son günlər müğənnilərin maddi çətinliklər yaşaması barədə açıqlamaları birmənalı qarşılanmır. Məşhurlara qarşı bu aqressiyanın səbəbi nədir?

- Əksər populyar insanlar bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqlandırıblar. Təəssüf ki, artıq məşhurlar deyəndə sənəti olan incəsənət nümayəndələri ağıla gəlmir. Təsadüfən bu sahəyə gələrək, sənəti olmasa da, populyarlaşanlar yada düşür. Yəni qurunun oduna yaş da yanır. Hansısa sənət adamı da söz danışanda avtomatik olaraq insanlarda qıcıq yaradır. Xüsusən də məşhurlar maddi imkan mövzusunda danışanda tamaşaçı əsəbiləşir.
- Jurnalist Vüsal Məmmədov deyib ki, müğənnilərin pulu yoxdursa, maşınlarını satsınlar. Onun fikirlərinə münasibətiniz necədir?

- Bəzi müğənnilər yalnız özləri üçün gileylənmir. Onlar həm də millətin maddi sıxıntılar yaşamasına diqqət çəkməyə çalışır. Müğənni maşınını satıb maddi sıxıntıdan canını qurtara bilər. Bəs satmağa heç nəyi olmayan insanlar nə etsin? Sənət adamlarını yalnız "özlərini düşünürlər” kimi qələmə vermək düzgün deyil. Çünki həqiqətən, insanların halına acıyan sənətçilərimiz də var.

- Bu müddətdə iki düşmənlə mübarizə aparmalı olduq. Biri koronavirus, biri də ermənilər. Bəs cəbhə boyu baş verən prosesləri izlədinizmi?

- Əlbəttə izlədim. Ölkəmizdə və dünyada baş verən hər şey bizi də maraqlandırır. Tovuz hadisələrini davamlı izlədim. Çünki orada yaşayanlar, hərbçilərimiz üçün narahat idim. Şəhid xəbərləri hər bir azərbaycanlı kimi məni də üzdü. Allah onlara rəhmət etsin. Vətən və xalqımız uğrunda canlarından keçdilər. Hər birimiz onlara borcluyuq.

- Sənətçilərin, məşhurların cəbhədə yaşananlardan sonra vətənpərvərlik ruhda mahnı oxuması, hərbi geyimdə şəkil çəkdirməsi, səfərbərlik üçün qeydiyyatdan keçməsi də tənqid olundu. Məşhurların vətənpərvərliyi niyə səmimi qəbul edilmir?

-Təəssüflər olsun ki, artıq insanlarımız televiziyalara, mətbuata, məşhurlarımıza inanmır. Pandemiya dövrü insanları daha da aqressiv etdi.  Sosial şəbəkələrdə də görürük ki, insanlar daha aqressivdir, tənqid, təhqir dolu şərhlər yazırlar. İnsanlar bayaq dediyim kimi, təsadüfən məşhur olub, hərəkətini bilməyənlərə görə sənət adamlarına qarşı aqressivdir. Ürəklə atılan addımları da səmimi qəbul etmirlər.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur tikinti maqnatının oğlu yol qəzasında öldü - "Range Rover" - 005 - FOTO - VİDEO

Dünən gecə saatlarında Bakıda faciəvi qəza baş verib. 90-UE-005 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Mərdəkan qəsəbəsi istiqamətində yük...

Türkiyədə bu gün koronavirusdan 140 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 140 nəfər ölüb.  Sfera.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlam...

Bakıda beş avtomobil toqquşdu - FOTOLAR

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb. Sfera.az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. ...

Gecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər...

Vətən müharibəsində şəhid olan tabor komandirinin nəşi tapıldı - FOTO

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri polkovnik-leytenant Atəm Əliyevin bu gün nəşi tapılıb.  Sfera.az-ın məlumatına gör...

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimatı olub - FOTO - VİDEO

Vətən Müharibəsi Memorial Kompleksinin konsepsiyasının təqdimat mərasimi keçirilib. Sfera.az xəbər verir ki, "İstiqlal Zirvəsi” adlanan layihənin konsepsi...