No Image
No Image

“Müəllimlərin minimal maaşı 1000 manat olmalıdır” – "AMEA özəlləşdirilsin"

“Müəllimlərin minimal maaşı 1000 manat olmalıdır” –
 "Təhsilin inkişafı üçün isə məktəb müəllimlərinin minimal əmək haqqı 1000 manat olmalı və infilyasiyaya qarşı indeksləşdirilməlidir”.

Sfera.az bildirir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev öz müsahibəsində deyib.

Deputat qeyd edib ki, gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repititoluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir: "Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Ali təhsil müəssiələrinin böyük əksəriyyəti, o cümlədən Elmlər Akademiyası özəlləşdirilməlidir. Elmlər Akademiyası özəl universitetə çevrilməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Deputat hesab edir ki, mülkiyyət növündən asılı olmayaraq bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir: "Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir. Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 (min) nəfər dövlət hesabına, eyni zayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla biz bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”.

Xatırladaq ki, Q.Həsənquliyev Milli Məclis qarşısında Nazirlər Kabinetinin hesabatı zamanı büdcə layihəsi hazırlanarkən tikintiyə ayrılan xərclərin iki dəfə azaldılmasının elm və təhsilə ayrılan xərclərin isə iki dəfə artırılmasını təklif edib.

Deputatın fikrincə, büdcə vəsaitləri hesabına tikintidə çalışanların iş yerlərini qoruyub saxlamaq siyasəti özünü doğrultmayacaq. Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır: "Yəni mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır. Tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcəkdir”.

Millət vəkili bildirib ki, Bakıdakı Alatava, Papanin, Xutor və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə 5 mərtəbəli binalar sökülüb və yerlərində müasir yaşayış kompleksləri tikilməlidir: "Mövcud problemləri aradan qaldırıb tikinti sektorunu canlandırmaq üçün artıq Azərbaycan İnşaat Korporasiyası yaradılıb. Ümid edirəm, Prezident məmurların müqavimətini qıracaq və islahatların yolunu açacaqdır”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"İçərimizdə kimlərsə qələbəmizlə barışmır, onu həzm edə bilmir..." - Ülvi Quliyev

Sfera.az Moderator.az-a istinadla Milli Məclisin deputatı Ülvi Quliyevlə müsahibəni təqdim edir.   - Prezident İlham Əliyev mayın 10-da Naxçıvana səfəri ...

Həsənquliyevdən TƏKLİF: "Qaçqınlara imkan yaratmaq lazımdır ki, ata evlərini..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cava...

"Hər kəs qadınların bir gecədə çadır və işıq qura biləcəyinə inanmırdı" - Mədinə Quliyeva

She’s Next Empowered by Visa-nın qlobal təşəbbüsü NARGIS jurnalının dəstəyilə indi Azərbaycanda! Layihənin əsas məqsədi sahibkar qadınları, kiçik biznes sah...

Polad Həşimovun bacısı medalın hansı şəraitdə verilməsindən danışdı: "Əvvəlcədən bilmirdik..."

Xəbər verdiyimiz kimi, bir müddət öncə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və dini lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayən...

“Azərbaycan səhiyyəsi reanimasiyadadır...” – Cümşüd Nuriyev

"Ölkədə xoşagəlməz bir ənənə formalaşıb. Yeni rəhbər özündən əvvəlki kadrları peşəkarlığıq səviyyəsindən asılı olmayaraq vəzifələrdən uşaqlaşdırır”. Bu...

Yusuf Halaçoğlu "erməni soyqırımı"nın iç üzünü AÇDI

Türk Tarix Cəmiyyətinin keçmiş prezidenti, "Erməni köçü" və "Sürgündən soyqırıma" kitablarının müəllifi, professor Yusuf Halaçoğlu ABŞ prezidenti Cozef Baydenin...