“Müəllimlər kommunal xərclərdən niyə azad olunmalıdır ki...” – TƏKLİFƏ ETİRAZ

“Müəllimlər kommunal xərclərdən niyə azad olunmalıdır ki...” – TƏKLİFƏ ETİRAZ

"Müəllimlərin kommunal xərclərdən azad edilməsi gərəksiz təklifdir”.


Sfera.az-a açıqlamasında bu sözləri müəllim peşəsində çalışanların kommunal xərclərdən azad edilməsilə bağlı səslənən təkliflərə münasibət bildirərkən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

 

Onun sözlərinə görə bütün imtiyazlar ünvanlı olmalıdır: "Müəllim var ki, həm də sahibkardır, yaxud da ailə üzvündən birinin böyük biznesi var, yüksək maaşlı dövlət qulluğunda işləyir. Belə müəllimi kommunal xərclərdən azad etmək nə dərəcədə düzgündür? Niyə digər orta və aşağı həddə yaşayan şəxslər milyoner müəllim ailəsinin kommunal xərclərini ödəməlidir? Bu yolverilməzdir”.

 

Həmsöhbətimiz bu və ya digər təkliflərlə çıxış edən şəxsləri səriştəli təkliflər verməyə çağırdı: "Vaxtilə Heydər Əliyevin keçirdiyi müşavirələrin birində bəlli olmuşdu ki, "Azərenerji”nin o zamankı rəhbəri məhrum İmanov da, xanımı müəllim olduğundan enerjiyə görə pul ödəmir. Ona görə də belə təklifləri ya vermək lazım deyil, ya da hərtərəfli öyrənib vermək gərəkdir”.

 

S. Məmmədov bildirdi ki, müəllimləri kommunal xərclərdən azad etmək deyil, onların əmək haqlarını artırmaq lazımdır:"İmtiyazların verildiyi ölkələrin praktikasına nəzər yetirək. Türkmənistanda qaz, işıq, enerji müəyyən limitə qədər havayı idi, ancaq sonda ləğv etdilər. Ona görə də bu sayaq təkliflər heç müzakirəyə çıxarılmalı deyil. Həmin təkliflə çıxış edənlər özləri də nə dediklərini bilmir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...