Müdafiə Nazirliyindəki son kadr dəyişikliklərinin məqsədi nədir?

Müdafiə Nazirliyindəki son kadr dəyişikliklərinin məqsədi nədir?

"Hazırda Müdafiə Nazirliyində həyata keçirilən kadr siyasətinin əsas məqsədi gənc, enerjili və perspektivli insanların vəzifəyə təyin olunmasıdır”.

Bunu "MediaPost”a açıqlamasında Azərbaycan Ordusundakı son kadr dəyişikliklərini şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.

O, nazirliyin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev vəzifədən azad olunması və Silahlı Qüvvələrin Baş Tibb İdarəsindəki kadr dəyişikliklərini müsbət qiymətləndirib.

Ekspert vurğulayıb ki, ordudakı əsas inkişaf istiqamətlərindən biri də tibb xidmətidir: "Tibb xidməti şəxsi heyətin sağlamlığını təmin edir. Əgər ordu dövlətin təhlükəsizliyinin keşiyində durursa, ordunun da keşiyində tibb xidməti dayanır. Bu mənada kadr islahatları strateji və vacib istiqamətdir”.

R.Məmmədli bildirib ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev uzun illərdir ki, tibb sahəsində çalışırdı: "O, bu quruma rəhbərlik edirdi. Dünyanı cənginə alan koronavirus pandemiyası dövründə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi rəisinin vəzifəsindən azad olunması cidi hadisədir. Görünür o, pandemiya dövründə üzərinə düşən vəzifənin öhdəsindən gələ, müasir səhiyyənin tələbləri ilə ayaqlaşa bilməyib, xidmətində hansısa qüsurlar olub.

Ümumiyyətlə, orduda bu cür vacib postlarda kadr dəyişikliyinin şahidi oluruq. Bu, əlbəttə ki, müsbət qiymətləndirilməlidir. Çünki bu posta təyin olunacaq adam daha gənc kadr olacaq. Hesab edirəm ki, bu kadr dəyişikliyi də məhz bununla bağlıdır və Silahlı Qüvvələrdə tez-tez belə köklü kadr dəyişikliyinin aparılmasına ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev tutduğu vəzifədən azad edilərək yuxarı vəzifəyə - baş kardioloq vəzifəsinə təyin edilib.


 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...