Mübariz Mənsimovun \"Məmməd Əmin Rəsulzadə\" tankeri batdı

Mübariz Mənsimovun \
Türkiyənin "Denizhaber" portalına məlum olub ki, Mübariz Mənsimovun bir ərzaq tankerindən quru yük vasitəsinə çevrilən gəmisi ilk səfərində başqa bir Doric Warrior gəmisi ilə toqquşub.

Virtualaz.org "Denizhaber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində "Məmməd Əmin Rəsulzadə" gəmisinin kapitanı fəlakət  siqnalı verib.

Sahil mühafizəsinin baş idarəsi toqquşma yerinə üç yedək və üç xilasetmə gəmisi göndərib.

Hadisə ilə əlaqədar digər gəmi və tankerlərin hərəkəti və fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.


OXŞAR XƏBƏRLƏR