Mübariz Mənsimov müxalifət və Əli İnsanovla bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR

Mübariz Mənsimov müxalifət və Əli İnsanovla bağlı GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR
"Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin "zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah?”

Sfera.az  xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qeyd edib.

Müxalifət partiyalarının 5 noyabrda keçirdiyi dəyirmi masa haqqında fikirlərini bildirən Mənsimov sözlərinə belə davam edib: "Bu şəkildə mübarizələrini elan edirlər - eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşərkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsəydi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi "ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar.

Masadakı "zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parçalamayın. "Bu yerazdı, bu naxçıvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”
 
Publika.az

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

  Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasə...

Ehtiyatda olan zabit: "Azərbaycan Ordusu istənilən vaxt düşməni darmadağın etməyə hazırdır"

  "Dağlıq Qarabağ münaqişəsinin həllində bütün variantlardan istifadə olunmalıdır"   Bunu "MediaPost"a açıqlamasında Silahlı Qüvvələrin ehtiyat...

Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cə...

DİQQƏT! Bakıda karantin postları yenidən quruldu

  Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib. Sfera.az xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobi...

Maliyyə Nazirinə yeni səlahiyyət verildi - QƏRAR

  Azərbaycanın Maliyyə naziri Samir Şərifova yeni səlahiyyət verilib. Sfera.az xəbər verir ki,  bu, Nazirlər Kabinetinin təsdiqlədiyi koro...

Atəşkəs 69 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərində...