No Image

Mübariz Mənsimov məhkəmədə sensassion ifadə verdi

Mübariz Mənsimov məhkəmədə sensassion ifadə verdi
 FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib.

Sfera.az xəbər verir ki, 15 ilə qədər həbsi istənilən Mənsimov məhkəmədə ifadə verib.

"Palmali”nin prezidenti İstanbul 27. Ağır Cəza Məhkəməsində ona qarşı olan ittihamları qəbul etməyib və bunu əsassız adlandırıb.

1993-cü ildən ailəsi ilə Türkiyədə yaşadığını bildirən Mənsimov qeyd edib ki, əleyhinə ifadə verənlər uzun müddət onun rəhbərliyi altında çalışıb:

"Bəziləri dələduzluq etdikləri üçün işdən çıxarılıb. Onların şirkətə ziyan vurması ilə bağlı məhkəməyə müraciət olunub”.

Mənsimov FETÖ terror təşkilatına üzv olmaq iddiasına da münasibət bildirib:

"Atatürk və türk milləti sevdalısıyam. Mən heç vaxt xain təşkilatın içində olmamışam. 15 ildir yanımda çalışan insanların ağlına indi gəlib FETÖ-çü olduğum? Mənim ailəmdə də şəhidlər olduğun üçün polislərə, hüquq-mühafizə təşkilatlarına yardım edirəm. Məzhəbim Şiədir və məzhəbimdə təriqət yoxdur”.

Mənsimov ifadəsində hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından bixəbər olduğunu qeyd edib.

Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

"İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. "Hoca” deyilən adam yanında oturmağımı istədi. Mən də "içkiliyəm, qalxa bilərəm?” dedim. O isə cavabında "Bu, səninlə Allah arasında olan bir şeydir” dedi. Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə "bu nədir?” dedim. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də "təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?” dedim. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım. 

Mənsimov bildirib ki, o dəvətdən sonra Fətullah Gülən camaatınn hədəf taxtasına çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sual ünvanlayıb. Mənsimovun cavabı isə belə olub:

"O təsbehi min dollara satdım. FETÖ-nün heç bir qurumuna yardım etməmişəm. Mən türk milliyətçisiyəm. Uşaqlarıma "Məni burada dəfn edin deyirəm. Türk ədalətinə inanım sonsuzdur. FETÖ-nün dostu yox, düşmənı olmuşam. Ailəm buradadır, qaçacaq yerim yoxdur. Bəraətimi və sərbəst buraxılmağımı istəyirəm.

Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib.

(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

 Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkiin baxış iclası keçirilib.   ...

İntihar edən 27 yaşlı müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

  Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik vide...

İntihar edən gənc müəllimə barədə məktəbin direktoru görün — NƏLƏR DANIŞDI

 121 saylı məktəbin direktoru Akif Abdullayev intihar edən ibtidai sinif müəllimisi 27 yaşlı Naidə İsayevanın intim fotoları ilə şantaj olunması haqqında y...

İntihar edən müəllim intim şəkilləri ilə — ŞANTAJ OLUNUBMUŞ

 Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.   ...

Özünü binadan atan müəllimin intihardan öncəki sözləri - AÇIQLAMA

  Bakıda 121 nömrəli tam orta məktəb müəllimin özünü yaşadığı binadan atması ilə bağlı məlumata münasibət bildirib. Məktəbdən  verilən məlumata görə...

Dövlət müəssisələri tam heyətlə nə zaman işə çıxır? - AÇIQLAMA

  Artıq Azərbaycanda COVİD-19-la bağlı yoluxma sayı aşağı düşüb, eyni zamanda karantin rejimində də yumşalmalar tətbiq edilir. Bəs, görəsən, bu dəyişiklik...