MÜQƏDDƏS OCAĞIN XILASI - XÜSUSI TƏYINATLILAR

MÜQƏDDƏS OCAĞIN XILASI - XÜSUSI TƏYINATLILAR
Dünya müsəlmanlarının əsas müqəddəs şəhəri olan Məkkənin məşhur məkanlarından biri də müqəddəs Kəbədir. Kəbə Məkkənin "əl-Məscid əl-Həram” adlanan möhtəşəm  məscidində yerləşir. "Qurani Kərim”də Allah-Təalanın evi adlandırılan Kəbənin ilk dəfə İbrahim peyğəmbər tərəfindən tikildiyi bildirilir. İslam dininin banisi Məhəmməd peyğəmbər Kəbəni İslamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi, yəni həccə getməyi buyurmuşdur. Qeyd edilməlidir ki, Məkkə şəhərinə digər dinlərə ibadət edən insanların daxil olması Səudiyyə Ərəbistanının qanunverciliyi ilə ciddi surətdə qadağan edilmişdir. 
 
Lakin bəzi məlumatlara görə, tarixin səhifələrində müəyyən istisnalar da mövcud olub. Belə ki, İslam dini yarandığı vaxtdan indiyədək, bəşəriyyət tarixində ilk dəfə olaraq 1503-ci ildə müsəlman olmayan İtalyan səyyahı Ludoviko-de-Vertema Məkkəni ziyarət edə bilib. Bu siyahıda növbəti dəfə bu şərəfə nail olanlar sırasında isə, XIX əsrin ortalarında Əfqanıstandan Məkkəyə qondarma ad altında ziyarətə gələn Riçard Frensis Barton adlı şəxs hesab olunur. Həmçinin,1979-cu ildə müqəddəs məsciddə terrorçular tərəfindən əsir götürülən girovların azad edilməsi zamanı Səudiyyə Ərəbistanı hökumətinin dəvəti  ilə Fransanın xüsusi təyinatlı dəstəsinin Məkkəyə gətirilməsini də misal göstərmək olar. Lakin bu zaman bəzi istisnalar edilib, belə ki, bəzi mülahizələrə görə, xüsusi təyinatlı dəstə üzvlərinin müsəlmanlığı qəbul etməsi tələb olunub. Sonuncu maraqlı faktla bağlı daha ətraflı məlumatlara yenidən nəzər salmağa çalışacağıq:
 
...1979-cu ilin 20 noyabr tarixi. Dünya müsəlmanlarının müqəddəs Məkkə şəhərinin əsas və ən möhtəşəm ibadət yerlərindən biri olan "əl-Məscid əl-Həram"məscidi. Səhər tezdən, günün erkən saatlarında  təxminən 50 min nəfərə yaxın zəvvarın ibadət üçün yığışdığı məscidin imamı, dini ayinləri  yerinə yetirməyə hazırlaşırdı. Həcc ziyarətinə gələnlər, İslam təqvimi ilə yeni -1400-cü ilin ilk sübh namazını qılmağa toplaşmışdılar, onların arasında qadınlar və uşaqlar da var idi. Qəfildən kütlə arasından sıçrayıb qalxan və hansısa terrorçu qruplaşmanın üzvü  olan bir dəstə, geyimləri altında gizlətdikləri silahları dərhal çıxararaq məscidin dəmir qapılarınıiçəridən bağladılar və onlara müqavimət göstərməyə çalışan, yalnız taxta dəyənəklərlə silahlanmış bir neçə polis əməkdaşını isə qətlə yetirdilər. Bəzi məlumatlara görə, üsyançıların sayı ən azı 500-ə nəfərə yaxın olardı.Bu zaman onlar ilk olaraq xarici aləmlə olan bütün əlaqələri, eləcə də telefon kabellərini də kəsdilər. Terrorçular, insanları namaza və  digər dini ayinlərə səsləyən xəbərdarlıq sistemlərindən istifadə edərək, Məkkə şəhərinin küçələrindəki adamlara müraciət  edirdilər. Belə ki, bu zaman onlar öz tələblərini irəli sürürdülər, bu tələlblər sırasında isə ABŞ-a neft ixracının dayandırılması və Ərəbistan yarımadasından  bütün xarici vətəndaşların, o cümlədən hərbi ekspertlərin çıxarılması da var idi. 
 
Taleyin hökmü ilə, elə bu vaxtlar möhtəşəm məscid Səudiyyə Ərəbistanının bir şirkəti tərəfindən təmir olunurdu və bu təmir-tikinti müqaviləsi hələ o zamanlar bütün İslam dünyasında ən nüfuzlu müqavilələrdən biri hesab olunurdu. Məscid zəbt olunan zaman, həmin şirkətin bir əməkdaşı, müqəddəs ocağın terrorçular tərəfindən ələ keçirilməsi haqda şirkətin mənzil-qərargahınaməlumat verməyə macal tapdı. Bununla da  məhz o, demək olar ki, ilk olaraqölkə rəhbərliyinidə bu insident haqda xəbərdar etməyə müvəffəq oldu. Girov götürülən insanların sayının həddindən çox olması, məscidin daxilində yaranan gərginliyi daha da artırırdı. Bir qədər sonra terrorçular, girovların böyük bir qismini azad etdilər və yerdə qalan təxminən 6 min nəfərlə isə müqəddəs ocağın daxili otaqlarında gizləndilər. Onlar eyni zamanda, məscidin yuxarı mərtəbələrində yaxşı müdafiə mövqeyi tutdular, minarələrdə isəsnayperlər yerləşdirdilər.İnsidentdən sonrahadisə yerinə gələn ölkənin daxili işlər nazirliyinin və təhlükəsizlik xidmətininəməkdaşları məscidin binasını hücumla ələ keçirməyə çalışsalar da, terrorçuların güclü müqaviməti ilə üzləşdilər və böyük itkilər verərək geri çəkilməyə məcbur oldular. Belə ki, hüquq-mühafizə orqanlarının bir çox əməkdaşı həlak oldu və yaağır yaralandı. Yerdə qalanlar isəölkənin ordu qüvvələrinə və milli qvardiyanın əsgərlərinə qoşuldular. 
 
Genişmiqyaslı hərbi əməliyyatın keçirilməsinə dair sərt qərarın qəbul edilməsi  isə bir sıra çətinliklər yaradırdı, belə ki, İslam dinində, eləcə də "əl-Məscid əl-Həram"məscidinin ərazisində hər hansı zorakılıq hallarına yol verilməsi qəti surətdə qadağan edilmişdi. Bu qərarın qəbul edilməsinin çətinliyi həm də ondan ibarət idi ki, dinin dominant rol oynadığı bir ölkədə, müəyyən dini dairələrin sanksiyası olmadan hər hansı bir sərt addım atmaq, yəni hərbi əməliyyatların keçirilməsi xoşagəlməz nəticələrə səbəb ola bilərdi. Nəhayət ki, bu icazə yüksək səviyyədə alındı və Səudiyyə Ərəbistanının ali dini rəhbəri  girovları azad etmək üçünhərbi gücdən istifadə etməyə icazə verən fətva imzaladı.
 
Axşam saatlarında, Məkkə şəhərinin rəhbərliyi məscidin bilavasitə yaxınlığında yerləşən evlərdə yaşayan bütün sakinləri təxliyə etmək barədə qərar verdi. Müdafiə naziri anti-terror əməliyyatına şəxsən rəhbərlik etmək məqsədilə şəhərə gəldi. Qoşunların öndə yerləşən qüvvələrinə komandanlıq etmək isə,ölkənin kəşfiyyat rəhbəri olan şəxsə həvalə edildi. Bu arada üsyançılar  hələ də reproduktorlar vasitəsilə öz tələblərini diktə etməkdə, girovları saxlamaqda davam edirdilər. Silahlı qüvvələr növbəti dəfə məscidin 3 əsas giriş qapısından frontal hücuma başladılar,lakin hərbiçilərterrorçuların müdafiəsini yara bilmədilər vəhücum yenə də dəf edildi. Müdafiənin qorunmasında əsas səbəb isəterrorçuların snayperlərininsəmərəli fəaliyyət göstərməsi idi. Az sonra ölkə ərazisində dislokasiya olunan piyada və zirehli qoşun bölmələri də əməliyyatda iştirak etmək üçün əraziyə cəlb olundu.  
 
Hətta Səudiyyə Ərəbistanı hökumətinin birbaşa dəvəti ilə,Fransanın xüsusi təyinatlı dəstəsi də Məkkə şəhərinə gətirildi.Məlumatlara görə, bu əməliyyatın həyata keçirilməsi zamanı fransız xüsusi təyinatlıları-jandarma müdaxiləsi qrupu(rəsmi belə adlanır) mühüm rollardan birini oynamışdı.Belə bir fikir də mövcuddur ki, dünyanın az sayda anti-terror xidmətləri, Fransanın jandarma müdaxiləsi qrupu ilə müqayisə edilə bilər.Belə ki, qrupda xüsusi şəraitdə təlim keçmiş və istənilən şəraitdə girovları azad etmək üçün 200 nəfərdən ibarət peşəkarlardan istifadə olunur. Məlumata görə, 1973-cü ildə təsis olunan bu qurum, indiyədək 600 nəfəri girovluqdan xilas edə bilib. Anti-terror xidmətin tarixində ən qeyri-adi epizodlardan  biri isə, 1979-cu ildə Məkkədə yerləşən "əl-Məscid əl-Haram”məscidinin üsyançılardan azad edliməsi faktıdır. İlkin razılaşmaya əsasən, fransızlar heç bir halda döyüşə cəlb edilməməli idi, onların bu işdə rolu yalnız planlaşdırma və məsləhət verməklə məhdudlaşırdı, çünki müqəddəs ocağa qeyri dinlərdən olan insanların girişiqadağan idi. Lakin vəziyyətin ciddiliyini nəzərə alan jandarma müdaxiləsi qrupununbir neçə nümayəndəsi, məscidinterrorçulardan təmizlənməsi və girovların tezliklə azad edilməsi məqsədilə, hərbçilərə birbaşa kömək etməyi qərara aldılar və bəzi fərziyyələrə görə, əməliyyatda daha yaxından iştirak etmək üçün hətta İslam dinini qəbul etdilər.
 
Nəhayət ki, 1979-cu ilin 4 dekabr tarixində həlledici hücum təşkil edildi. Beləliklə, koalisyon qoşun növlərinin bir qrupu,günortadan sonrahelikopterlər vasitəsilə birbaşa məscidin mərkəzində yerləşən həyətə endirildi.Birləşmiş silahlı qüvvələr həmçinin,ağır hərbi arsenaldan -zirehli maşınlardan, məscidin darvazalarınıntaran edilməsi məqsədilə, eyni zamandamüqaviməti yatırmaq üçün zəhərləyici qazdan istifadə edirdilər. Gərgin və qanlı anti-terror əməliyyatı  iki həftə ərzində davam etdi.Xüsusi təyinatlılar qədim tikiliyə ziyan vurmamaq üçün çox ehtiyatla və diqqətlə hərəkət edirdilər, buna baxmayaraq onlar üsyançıların böyük bir hissəsini məhv edə bildilər, sağ qalanlar isə təslim oldular.Rəsmi açıqlanan rəqəmlərə görə, insident nəticəsində ümumilikdə 255 nəfər zəvvar, əsgər və üsyançı həlak oldu, 560 nəfər isə ağır yaralandı. Qeyri-rəsmi məlumatlara görə isə, itkilər daha böyük idi. Sağ ələ keçirilən 68 nəfər terrorçu, o cümlədən terrorçuların başçısı sonradan edam edildilər. Bu isə həmin vaxt üçün 50 il ərzində mövcud olan bu ərəb səltənətinin tarixində ən kütləvi edamaktı hesab edilirdi.
 
Məhərrəm Abdulla

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiy...

Bu MMC-nin rəhbəri 20 min manat CƏRİMƏLƏNDİ

"Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qaza...

Azərbaycanlı 19 kursant Türkiyədə səkkiz aylıq kursu TAMAMLADI

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar....

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış OLDULAR

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.   Sfera.az xəbər verir ki, ma...

Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Sizi bu yolla aldadırlar

“Etibarnamə yolu ilə əmlak almayın”.   Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev deyib. Onun sözlərinə...

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.  Sfera.az “Blo...