No Image
No Image

Moskvada məktəblər açılır

Moskvada məktəblər açılır
Moskva məktəblərinin bütün siniflərinin şagirdləri 18 yanvardan etibarən normal təhsil rejiminə qayıdacaq.

Sfera.az  xəbər verir ki, müvafiq fərman Moskva meri Sergey Sobyanin tərəfindən imzalanıb.

"Uşaqlar evdə qalmaqdan bezdilər. Ancaq məktəblilər arasında yoluxmanın artma riski hələ də çoxdur. Buna görə də məktəblər mümkün qədər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, - deyə Sobyaninin rəsmi saytında dərc olunan məlumatda bildirilib.

Sobyanin qeyd edib ki, məktəblilər üçün nəqliyyat kartları açılacaq. Əgər hər hansı bir sinifdə şagirdlərdən biri xəstələnərsə, bütün sinif müvəqqəti olaraq distant təhsilə keçəcək.

Meriya bütün digər məhdudiyyətləri 21 yanvaradək uzadıb. Bu dövrdə Moskvanın universitet və kollecləri, idman məktəbləri və digər təhsil müəssisələri məsafədən fəaliyyət göstərəcək.
 
Ərhun

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tramp vida çıxışı etdi: "Biz nəyə görə gəlmişdiksə..."

ABŞ Prezidenti Donald Tramp vida çıxışı edib. Sfera.az xəbər verir ki, çıxışında Tramp ABŞ hökumətinin xalq qarşısında məsuliyyətini bərpa etdiyini bildir...

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel vəzifəsindən istefa verdiyini açıqlayıb. Sfera.az xəbər verir ki, bu barədə onun Mərkəzi K...

Bu ölkədə küçəyə çıxanlar cərimələnəcək - 95 AVRO

Niderlandda sabahdan etibarən komendant saatı tətbiq ediləcək. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Huqo de Yunqe bildirib. Onu...

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib. Sfera.az xəbər verir ki, dövlət başçısının hesabında paylaşılan ...

Bu ölkə Tramp və Pompeoya sanksiya tətbiq etdi

İran hökuməti ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Donald Trampı və dövlət katibi Maykl Pompeonu sanksiya siyahısına salıb. Sfera.az xəbər veri...

Burun əməliyyatı edən 24 yaşlı qız öldü - VİDEO

Türkiyənin İstanbul şəhərində xüsusi bir xəstəxanada burun əməliyyatı edən gənc qızın 40 gün reanimasiyada qaldıqdan sonra öldüyü iddia edilib. Sf...