No Image
No Image

Mobil oyunlara milyardlarla dollar xərclənir

Mobil oyunlara milyardlarla dollar xərclənir
2021-ci ilin birinci yarısında qlobal səviyyədə mobil proqramlara və oyunlara 64,9 milyard dollar xərclənib.
 
Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, bu istiqamətdə xərclənən vəsait ötən ilin birinci yarısına nisbətən 24,8 faizdən çox artıb.
 
Pullu yükləmələrin böyük hissəsi "App Store”nin payına düşür. Yükləmələrə "App Store”də 41,5 milyard dollar, "Google Play Store”də 23,4 milyard dollar xərclənib.
 
2021-ci ilin birinci yarısında 72,5 milyard dəfə mobil proqram və oyun yüklənib. 2020-ci ilin birinci yarısında bu göstərici 71,3 milyard idi.
 
Mobil yükləmələrə çəkilən xərcin 44,7 milyard dolları oyunların alınmasına sərf edilib. Ötən illə müqayisədə mobil oyunlara çəkilən xərc 18 faiz artıb. Oyunların 26 milyard dollar "App Store”dən alınıb. "App Store”də oyunlara çəkilən xərc 13,5 faiz artıb. "Google Play Store”dən alınan oyunların dəyəri isə 24,7 faiz artaraq 18,7 milyard dollara çatıb.
 
Vasif
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Telefonun yaxınlığında məxfi söhbətlər etməyin, dinləyirlər” – Mark Şerman

Rusiyalı ekspert Mark Şerman bildirib ki, smartfonun yanında məxfi informasiyalar müzakirə edilməməlidir. "Bir çox istifadəçi dəfələrlə aşkar edib ki, h...

Çinin BÖYÜK HƏDƏFİ: "Kəskin gözlər" ictimai məkanlara 100 faiz nəzarət edəcək

Çinin ən böyük və ən geniş yayılmış nəzarət şəbəkələrindən biri Şanxaydan təxminən yeddi saat şimalda kiçik bir mahalda fəaliyyətə başlayıb. 2013-cü ildə Pinqi ...

Əyalətdəki vətəndaşlar rəqəmsal texnologiyadan necə yararlanır? - EKSPERT RƏYLƏRİ

Durmadan inkişaf edən müasir dünya modeli, heç şübhəsiz, texnoloji yeniliklər sayəsində bərqərar olub. Bu baxımdan, modernizasiya prosesinin həyata keçirilməsi ...

"Ford" 775 min avtomobili geri çağırdı - Nasazlıq 6 qəzaya səbəb olub

Ford avtomobil şirkəti avtomobillərin sükanında problem olduğu üçün 775 min "Explorer SUV" modelini geri çağırıb.   Sfera.az xəbər verir ki, bununla ABŞ ...

Qərb ölkələri Çinə qarşı birləşdilər - Xəbərdarlıq edildi

"Beynəlxalq aləmdə yeni qalmaqal yaşanır. ABŞ, Böyük Britaniya və NATO Çini "Microsoft” şirkətinin serverlərinə genişmiqyaslı kiber hücumlarda ittiham edib”. ...

"Amazon"un yaradıcısı Ceff Bezos kosmosa uçub

"Amazon"un yaradıcısı Ceff Bezos "New Shepherd" hava gəmisi ilə kosmosa uçub. APA-nın "Associted Press”ə istinadən xəbərinə görə, onu gəmidə qardaşı Mark Be...