“Mobil məhkəmə” nə zaman tətbiq ediləcək? – AÇIQLAMA

“Mobil məhkəmə” nə zaman tətbiq ediləcək? – AÇIQLAMA
"Müasir qlobal çağırışlar, Pandemiya ilə əlaqəli vəziyyət tələb edir ki , məhkəmələr onlayn mühitdə də işləməyə hazır olmalıdır”.
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert ötən illərdə məhkəmədə bu təcrübənin sınaqdan keçirildiyini qeyd edib:
 
"Məhkəmələrin onlayn mühitdə işləməsi üçün ölkəmizdə müəyyən addımlar atılmışdı. Ötən illərdə bir neçə məhkəmədə bu proses sınaqdan keçirildi, lakin görünən odur ki , sonradan ölkə üzrə yayılması nədənsə ləngidi. Ümumiyyətlə, son illərdə Ədliyyə Nazirliyi sistemində rəqəmsal transformasiya ilə əlaqəli bir xeyli addımlar atılıb. Ötən gün "Elektron notariat” və "Elektron icra” informasiya sistemi haqqında Əsasnamələr təsdiq edilib. Bundan öncə "Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə də təsdiqlənmişdi. Bu informasiya sistemləri artıq çoxdan aktiv işləyir.
 
Hazırda "Elektron notariat” informasiya sisteminə "söykənən” "Mobil notariat” tətbiqi ölkənin ən faydalı rəqəmsal həllərindən biridir . 100 mindən yuxarı aktiv istifadəçisi var. Dünyanın istənilən yerindən notarial hərəkətlərə imkan verir. Düşünürəm ki, indiki mərhələdə diqqət yetiriləcək məsələ bu rəqəmsal resursa inteqrasiya oluna biləcək xidmətlərin sayını artırmaq və ədliyyə sistemində digər mobil tətbiqlərin hazırlanmasına diqqət yetirmək olardı. Bu baxımdan Ədliyyə Nazirliyinin "Elektron məhkəmə ” sisteminin də tam funksional mobil versiyasını hazırlamaq, ümumiyyətlə işlək mobil məhkəmə sistemini formalaşdırmaq çox faydalı olardı. Fikrimcə, "Mobil notariat"dan sonra bu, elə də ciddi problem olmamalıdır”.
 
İT eksperti mobil məhkəmənin tətbiqinin insanların məhkəmə proseslərində daha effektiv iştirak etməyə səbəb olacağını deyib:
 
"Əslində, xatırlayıram ki, bir neçə il öncə elektron məhkəmənin mobil resursunun hazırlanması gündəmdəydi. Hətta ilkin, informativ versiyasının hazırlandığı da bildirildi. Lakin sonralar bunun inkişaf etdirilməsi, tam funksional mobil məhkəmə sisteminin hazırlanması nədənsə unuduldu. Hazırlanan tətbiq inkişaf etdirilmədi. Aktiv mövcud informasiya sistemi olduğu halda mobil həllin hazırlanmaması düşündürücüdür.
 
Fikrimcə , belə bir mobil həll məhkəmə proseslərində daha effektiv iştirak etməyə, mövcud problemlərdən dolayı məhkəmələrə uzaqdan qoşulmağa, ictimai əhəmiyyət kəsb edən məhkəmə statistikasını daha effektiv əldə etməyə kömək olardı. Maraqlıdır ki, "Mobil notariat" sistemində identifikasiya və digər məsələlər həll olunduğu halda onlar mobil məhkəməyə inteqrasiya olunmayıb. Hazırda "Elektron məhkəmə ” portalının da dizaynı xeyli köhnəlib, interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil. Bu baxımdan "Mobil məhkəmə” nin hazırlanması da "Elektron məhkəmə ”dən və Vahid Məhkəmə Portalından daha effektiv istifadəyə kömək olardı, mobil telefonla məhkəmə baxışlarında iştiraka şərait yaradardı, məhkəmələrə əlçatanlıq və ictimai nəzarət imkanlarını da genişləndirdə bilərdi”.
 
Əzizə Zeynal
 
 
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...