\"Mina əlimdə böyüyən uşaqdır\" - Elnarə Xəlilova - VİDEO - FOTO

\
 

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibləri müğənnilər Elnarə Xəlilova və Mina olub.

Sfera.az milli.az bildirir ki, ifaçı Mina Elnarə Xəlilova ilə aralarındakı soyuq münasibətdən danışıb:

"Onun haqqında danışmaq istəmirəm. Çünki o, mənim doğma xalam qızıdır. Kiçik kimi barışıq addımımı atdım. O da mənə qarşılıq verdi. Bəlkə həmin gün əhvalı yaxşı olmayıb. Mənim kimi tam səmimi olmaya bilər. Amma hər şey qaydasındadır".

Müğənni Elnarə Xəlilova da xalası qızı ilə bağlı məsələyə münasibət bildirib:

"Minadan küsməmişəm, küsə də bilmərəm. Dostlarımızı dəyişə bilirik, amma qohumu dəyişə bilmərik. 12 yaş fərqimiz var, əlimdə böyüyüb. Övlad nəsə düz etməyəndə biz analar ondan inciyirik? Yox. Çox şeyi onun gəncliyinə, təcrübəsizliyinə görə keçmişəm. Bu dəfə keçdim, biz iki xalaqızına nə oldu? Niyə bu günə qaldıq? Sevmirəm ki, ailəmdə baş verənləri çölə çıxarım. Mina çölə çıxardıqca mən "malaladım". Hələ onun başına belə işlər çox gələcək".

Qeyd edək ki, "Show News" verilişinin 1 yaşı tamam olanda verilişin aparıcısı İsa Şükürov iki qohumu bir araya gətirərək barışdırmışdı.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...