Milyarder Əhmədov Mənsimov haqqında: \"ONA DƏSTƏK VERƏN ADAMLARA QARŞI GETDİ...\"

Milyarder Əhmədov Mənsimov haqqında: \
 

"Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə balı susuram”,-bu sözləri eks Rusiya senatoru, Azərbaycan əsilli milyarder Fərhad Əhmədov özünün Facebook səhifəsində yazıb.

Xatırladaq ki, Mübariz Mənsimov bu ilin martında İstanbulda həbs olunub. O, fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunur. KİV-lər dəfələrlə Əhmədov və Mənsimov arasında dostluq münasibətlərinin olduğu haqda yazıblar. Məhz bu baxımdan milyarderin bu statusunun ictimaiyyət üçün maraq doğuracağını nəzərə alaraq F.Əhmədovun şərhini oxuculara çatdırırıq.

"Dərhal cavab verirəm ki, susmuram. Mən onun məsələsi ilə bağlı Türkiyədə ən yüksək səviyyədə müraciət etmişəm. Lakin hamı başa düşməlidir ki, bu onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm ki, bu məsələdə həm publiklik, həm istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər. Mən bunu başqalarından daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin "yoluna qoyulmasında” iştirak etmişəm, o cümlədən sonuncu dəfə beş ay əvvəl.

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini üç dostu ilə sıx qarşılıqlı əlaqə şəraitində qurdu. Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq "dayı” deyərdi. Bizi də o tanış eləyib. Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı getdi, axı onlarsız, təkbaşına o tanker donanması qura bilməzdi. Necə deyərlər, "Pozma, dostla, yoldaşla təması, yaman olar onun davası”.

F.Əhmədov daha sonra yazır ki, dörd ay əvvəl Mübariz Mənsimov kömək üçün ona müraciət edib. "Mən bacardığımı elədim, amma şərt qoydum ki, o publik olaraq öz partnyorları qarşısında üzr istəsin. O razılaşdı, amma sonra nə oldusa oldu. Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcədə oun yaxın dostlarıdır. ə baş verib? O, öz əməkdaşlarıı və dostlarıı etimadıı itirib? Lakin həbsdə olanlar və rəhmətə gedənlər haqda ya danışmırıq, ya acaq yaxşı şeylər danışırıq.

Onun keçmiş əməkdaşları və dostları, məə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri haqda daışıblar. Bu haqda, onu hansısa radikal təşkilatlarla əlaqələri haqda heç nə deyə bilmərəm. Mənim yanımda o belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o mənə həmişə deyirdi ki, Ərdoğaın tərəfdarıdır. Mən həqiqətin və ədalətin gücüə inanıram. Zaman hər şeyi öz yoluna qoyacaq. Ona görə də istintaqın və məhkəmənin nəticəsini gözləyək”,-Fərhad Əhmədov yazır. 

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...