İdman

Millinin yeni baş məşqçisi məlum oldu

Millinin yeni baş məşqçisi məlum oldu
 Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Yığmanı Canni de Byazi çalışdıracaq.

Sfera.az bildirir ki, artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidir.

Açıqlamanın indi verilməməsinin dəqiq səbəbini öyrənə bilməsək də, bunun martın 3-də keçiriləcək Millətlər Liqasının püşkatmasından sonra olacağı ehtimal edilir.

Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves” klubunu çalışdıran Canni de Byazi həmin zamandan işsizdir. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AVRO-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.
 
(oxu.az)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031