Millimizdə yeni təyinat

20:57 / 05.01.2021
5412
Futbol üzrə Azərbaycan millisinə yeni skaut təyin olunub.
Sfera.az xəbər verir ki, bu vəzifəni yığmanın sabiq futbolçusu İlqar Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, İlqar Qurbanov karyerası ərzində "Xəzər Lənkəran”, "Qarabağ”, "Qəbələ”, "Sumqayıt”, həmçinin Türkiyədə "Sivasspor”, "Boluspor” və "Mersin İdman Yurdu” kimi komandaların formasını geyinib.