No Image
No Image
No Image

Milli Məclisin komitə sədrləri - SİYAHI

Milli Məclisin komitə sədrləri - SİYAHI

Sfera.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib. 

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

Milli Məclis sədrinin yeni birinci müavini, YAP-çı deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri olub. 

Hakim partiyanı təmsil edən deputat Ziyafət Əsgərov yenidən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin yeni müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, bitərəf deputat Zahid Oruc İnsan hüquqları, YAP-çı deputat Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib. (report)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın bunlara ehtiyacı yoxdur - Öztürk

Ermənistanı mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə görə qınayıram. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Sfera.az xəbər verir...

“Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev

"Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümum...

"Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir" - Prezident

"Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tər...

Türkiyə xalqının Azərbaycana sevgisi unudulmayacaq - Şeyx

Qafqaz müsəlmanları, Azərbaycan dindarları və şəxsən öz adımdan Zati-möhtərəmlərinizə salamlarımı və xeyir-dualarımı yetirir, Allah-Təaladan cümlə müsəlman ümmə...

Ceyhun Bayramov Darxan Kıdırəli ilə danışdı

Bu gün qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı baş...

Əli Əsədov Şəntopla görüşdü - FOTO

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun Bakıya səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü olub. Sfera.az xəbər verir k...