Milli Məclisin İntizam komissiyası polisi döyən deputatın məsələsini MÜZAKİRƏ EDƏCƏK

Milli Məclisin İntizam komissiyası polisi döyən deputatın məsələsini MÜZAKİRƏ EDƏCƏK
"Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı "Report"a açıqlamasında deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam Komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq: "Bildiyiniz kimi, deputatlar hazırda məzuniyyətdədir. Hesab edirəm ki, deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Daha sonra isə deputat Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

Onu da qeyd edim ki, burada bir neçə qanun pozuntusu var. Əvvəlcə burada karantin qaydaları pozulub, daha sonra isə deputat vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşına qarşı güc tətbiq edib və səlahiyyətlərindən sui-istifadə edib. Ona görə də məsələ hökmən İntizam Komissiyasında müzakirə olunacaq”. 


OXŞAR XƏBƏRLƏR

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...