Millət vəkili dünya çempionu Anar Məmmədovla görüşdü - FOTOLAR

Millət vəkili dünya çempionu Anar Məmmədovla görüşdü - FOTOLAR
Millət vəkili Elnur Allahverdiyev dünya çempionu Anar Məmmədovla görüşüb.

Sfera.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib
 
Anar 2021-ci ilin oktyabr ayında İtaliyanın Jesolo şəhərində keçirilən dünya birinciliyinin kubokunu qazanaraq ən ali kürsüdən üçrəngli bayrağımızı dalğalandırıb. Hazırda öz çəkisində dünya reytinqinin birincisidir. 

"Bu gün dairəmizin sakini, kiqboksinq üzrə 57 kq çəki dərəcəsində dünya çempionu Anar Məmmədovun qonağı olduq. Anarın medal və təltiflərinin sayı-hesabı yoxdur. Bir çox turnirlərin iştirakçısıdır. Hazırda kiçik yaşlı döyüşçülərə dərs deyir. Onunla şəxsən tanış olub söhbət etmək çox qürurvericidir. Əvvəla, tərbiyyəli və təvazökar, sadə gənc olduğuna görə. Qonşuları deyir ki, bu, Anarın ailə tərbiyyəsindən irəli gəlir. İkincisi isə dünya birincisi kimi tək ölkəmizi deyil, həm də rayonumuzu və dairəmizi təmsil etdiyinə görə. İnanıram ki, bu, Anarın son qələbəsi deyil, onun yeni nailiyyətləri qarşıdadır. Səninlə fəxr edirik, Anar!" 
 
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...