No Image

Millət vəkili: "Cinayət və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi zəruri idi"

Millət vəkili:
 

Milli Məclisin deputatı Könül Nurullayevanın e-huquq.az-a müsahibəsi:

Könül xanım, məlum olduğu kimi, bütün dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Siz Azərbaycanda koronavirusla mübarizə çərçivəsində atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycanda koronavirusla mübarizə kompleks şəkildə davam etdirilir. Yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün bütün zəruri tədbirlər epidemioloji vəziyyətin nəzarət altında saxlanmasına xidmət edir. Bu gün ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Vaxtında həyata keçirilmiş tədbirlər, yeni xəstəxanaların tikilməsi və əsaslı bərpa olunması COVID-19-la uğurlu mübarizə aparmaq üçün lazımi şəraiti təmin edib. Eyni zamanda pandemiyanın yaratdığı iqtisadi çətinliklərə rəğmən nəinki heç bir sosial layihə təxirə salınmayıb, sosial tədbirlər daha da gücləndirilib, layihələrin icrası rekord səviyyədə təmin olunmaqdadır. Çünki bu gün əsas vəzifə insanların layiqli həyat şəraitini təmin etməkdir. Vətəndaşlarımızın tezliklə sağalması və mövcud vəziyyətdən az itkilərlə çıxması üçün bütün imkanlar səfərbər edilib. Sevindirici haldır ki, son həftələr ölkəmizdə sağalanların sayı yoluxanların sayını üstələyib. İndi əsas məqsəd bu pozitiv dinamikanı saxlamaq və inkişaf etdirməkdir.
Bilirsiniz ki, bir müddət əvvəl karantin rejimi müəyyən qədər yumşaldıldı, bəzi qadağalar aradan qaldırıldı. Lakin cəmiyyətdə daha çox müzakirələrə səbəb olan toy məclislərinin təşkili və rayonlara gediş-gəlişlə bağlı qadağa hələ də qüvvədədir. Bu qadağaların müəyyən qədər yumşaldıla biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sizin bu mövzuda təklifiniz nə olardı?

- Bütün qərarlar ilk növbədə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qəbul edilir. Məlum olduğu kimi, narıncı zonalar üzrə sərt karantin rejimi sentyabrın 30-na qədər uzadıldı. Virusun yayıldığı ərazi və yayılma dinamikasına uyğun olaraq lokal qapanmalar daha məqsədəuyğundur. Artıq bu barədə təkliflər var. Məlumdur ki, Şirvan şəhəri üzrə belə bir təcrübə də var. Rayonlara gediş-gəlişin bərpası da sanitar-epidemioloji vəziyyətdən asılıdır. Əsas məqsəd vaksin tapılana qədər virusla mübarizəni davam etdirməkdir.

İnsanların daha çox yol verdiyi qayda pozuntuları da daha çox bu iki qadağa ilə bağlı olur. Hətta biz buna sadə vətəndaşlarla yanaşı, vəzifəli şəxslərin də timsalında şahid olduq. Halbuki cənab Prezident İlham Əliyev öz çıxışında dəfələrlə məmurları sadə vətəndaşlara nümunə olmağa çağırıb...

- Qaydalar statusundan və vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş tərəfindən məsuliyyətlə qarşılanmalıdır. Dövlət başçısınım çağırışı, ölkədə həyata keçirilən preventiv tədbirlər ilk növbədə vətəndaşlarımızın sağlamlığının təmin olunmasına yönəlib. Bu mənada kütləvi tədbirlərin keçirilməsi, karantin qaydalarının bilərəkdən və ya bilməyərəkdən pozulması yolverilməzdir. Hər bir vətəndaş sosial məsuliyyətini dərk etməli, qoyulan qaydalara əməl etməlidir.

Karantin qaydalarının pozulması ilə bağlı sizin də təmsil olunduğunuz Milli Məclisdə Cinayət və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib və cərimələr tətbiq olunub. Lakin tətbiq olunan cərimələrin miqdarına cəmiyyətin müxtəlif təbəqələri arasında münasibət birmənalı deyil. Bəziləri cərimələrin miqdarının yüksək olduğu, digərləri isə bu məbləğin artırılmalı olduğu qənaətindədirlər. Bu fikirlərə sizin münasibətiniz necədir?

- Cərimələr ilk növbədə məsuliyyətin artırılmasına xidmət edir. Burada məqsəd vətəndaşın cərimə ödəməsi yox, onun məsuliyyətini artırmasına nail olmaqdır. Bu mənada beynəlxalq təcrübəyə də nəzər salsaq, Cinayət və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi zəruri idi.
Könül xanım, son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı keçirilən əməliyyatların, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən icra başçıları və digər yüksək vəzifəli şəxslərin həbslərinin şahidi oluruq. Necə düşünürsünüz, bu proses davam edəcəkmi? Və Azərbaycanda vəzifəli şəxslərinin bu kimi cinayətlərinin qarşısının alınmasında həbslərin rolunu necə dəyərləndirirsiniz?

- Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Bu istiqamətdə işlər beynəlxalq təcrübə nəzərə alınmaqla davam etdirilir. Şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Cənab Prezidentin də söylədiyi kimi, korrupsiya sosial ədaləti pozur, cəmiyyəti sarsıdır. Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bu gün Azərbaycanda sözdə yox, əməldə aparılır.

Bir çox sahələrdə olduğu kimi, qanunverici orqan - parlamentdə də islahatlar aparıldı, gəncləşmə siyasəti həyata keçirildi. Sizcə, bunlar parlametin təkmilləşməsinə necə təsir göstərəcək?

- VI çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Yenilənmə həm də parlamentin tərkibində özünü göstərdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini ifadə edir. Köklü islahatlar fonunda reallaşan gəncləşmə siyasətinə gəlincə, hər bir xalqın gələcəyi onun sağlam düşüncəli, dünyagörüşlü, Vətənə, dövlətçiliyə sadiq gənclərindən asılıdır. Ölkəmizdə gənclərə ən yüksək səviyyədə dəstək göstərilir, onların idarəetmə və icra orqanlarında çalışmaları üçün şəraitin yaradılması təmin edilir. Milli Məclisin ilk iclasındakı nitqi zamanı Prezident İlham Əliyevin tövsiyələri bizə stimul verdi, işimizdə daha məsuliyyətli olmağa ruhlandırdı. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, xalqın seçdiyi deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Milli Məclisdə qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Ümidvaram ki, Milli Məclisin yeni tərkibi islahatlar kursunu əsas götürərək dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və müdafiəsi naminə normativ-hüquqi bazanın möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Dövlət başçısının Fərmanından sonra məhkəmə-hüquq sistemində də müəyyən islahatlar aparıldı. Yeni ixtisaslaşmış məhkəmələr yaradıldı, hakimlərin maaşı artırıldı, yeni hakim təyinatları oldu. Sizcə, bu proses məhkəmə-hüquq sistemində mövcud olan bəzi neqativ halların aradan qaldırılmasına təkan verəcəkmi?

- Bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatların dərinləşməsi vətəndaşların maraq və mənafeyinin qorunmasına xidmət edir. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin şəffaf və obyektiv şəraitdə həyata keçirilməsi çox vacibdir. Düşünürəm ki, imzalanan Prezident Fərmanları ölkəmizdə bütün məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsinə xidmət edir.

Bilirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşür, onların problemləri ilə maraqlanırsınız. Ümumilikdə seçicilər daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Müraciətlər əsasən sosial və məişət qayğıları ilə əlaqədardır. Karantin qaydalarına uyğun olaraq, bizim Deputat qərargahımızda Nizami rayon sakinlərinin onlayn müraciətləri qəbul edilir. Hər bir vətəndaşın müraciətinə baxılır, araşdırılır, müvafiq qurumlarla əlaqələndirilir. Biz hətta sərt karantin günlərində ehtiyacı olan şəxslərə ərzaq yardımı, həmçinin pulsuz müayinə ilə bağlı aksiyalar da təşkil edirik. Bir sözlə, dövlət başçımızın da söylədiyi kimi, biz də millət vəkili olaraq vətəndaşlarımızın, seçicilərimizin xidmətindəyik.

OXŞAR XƏBƏRLƏR

Eros Ramozotti azərbaycanlı jurnalistə müsahibə verdi

 "Uşaqlarım mənim əsas ilham mənbəyimdir” "Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq” "Azərbaycanı ...

Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Sfera.az "Qafqazinfo”-ya istinadla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin müsahibəsini təqdim edir: - Bütün suallara, hamını düşündürən pand...

"Mənə bir gündə neçə dəfə təcavüz edirdilər" - TÜKÜRPƏDƏN MÜSAHİBƏ - VİDEO

  Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı o...

Şair Ramaldanov: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir

  Son illər Azərbaycan Ordusunda ciddi islahatlar həyata keçirilməkdədir. Maddi-texniki bazası gücləndirilən Ordumuz ən müasir silahlarla təchiz olunur, d...

Bəhruz Məhərrəmov: "Azərbaycanda rüşvət verən əllər kəsilməlidir" - MÜSAHİBƏ

  Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov KONKRET.az-ın suallarını cavablandırıb. – Bəhruz bəy, bilirsiniz ki,...

“Gecə saat 2-də zəng gəldi…” - Ölümqabağı Yaşar Nurinin xanımına SON SÖZÜ — MÜSAHİBƏ

Bu gün xalq artisti, adını milli kino və teatrımıza əbədi həkk edən əvəzolunmaz aktyor Yaşar Nurinin doğum günüdür. Sfera.az aktyorun ömür-gün yoldaşı Rəh...