No Image
No Image

Mikayıl Cabbarov: “Yüksəliş” ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı verir"

Mikayıl Cabbarov: “Yüksəliş” ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı verir
"İnsan kapitalının inkişafı və kadr potensialının dəyərləndirilməsi baxımından unikal layihə olan "Yüksəliş” müsabiqəsinin son mərhələsidir".

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Finala yüksəlmiş iştirakçılar peşəkarlıq səriştələrinin hərtərəfli qiymətləndirilməsi, fərdi inkişaf planının tərtib edilməsi ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı əldə edirlər. İnanıram ki, qaliblərimiz inkişaf üçün yaradılan imkanlardan bəhrələnəcək, ölkəmizin yüksəlişinə töhfə verəcəklər", - o qeyd edib.

Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan "Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i "İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib.

Qeyd edək ki, "Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib.

"Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İndiyədək 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azə...

Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət

"İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Göm...

TuranBank “YAŞAT” düşərgəsinə dəstək oldu

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərin, bu yolda canını fəda edən şəhidlərimizin ailələri daim diqq...

Taleh Tahirli: “Məsafədən satış potensialımızla çox iddialıyıq”

Ölkənin ən böyük bankı bu günlərdə əhəmiyyətli dəyişikliyə qərar verdi. Azərbaycan Beynəlxalq Bankı bundan sonra  fəaliyyətinə ABB brend kimliyi ilə davam...

Gözdə Dizdar: ASEAN-la əməkdaşlığı genişlətməyi tövsiyə etdi: "2030-cu ildə ümumi ÜDM-i 6 trilyon dolları keçəcək"

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAP) Prezident müşaviri, Asiya Pasifik Beynəlxalq Mərkəzi Demokratların sədr müavini (CAPDİ) ...

"Sürətli qatarın önündə durmaqdansa, ona minmək lazımdır" - Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib. Sfera.az xəbər verir ki, bu bar...