Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

Biz populizmi və populist tələbləri real ehtiyaclardan ayıran imkanlara malik olmalıyıq.

Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov REAL TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumları ilə vahid komanda halında işləyərək, qeyri-neft sektorunun sürətli inkişafına təkan verəcək.

 

M.Cabbarov vergi sahəsində aparılan islahatlardan da danışıb. Nazir bildirib ki, vergi sahəsində aparılan islahatlar müsbət nəticələr verib.

M.Cabbarov bununla belə, nöqsanların olduğuna da diqqət çəkib:

"Bəzi hallarda gözləntilərimizdən daha yaxşı nəticələr əldə etmişik. Bəzi hallarda isə gözləntilər hələ də özünü doğrultmayıb. Bu sahələrdə müvafiq inzibatçılıq davam etdirilir və nəticələr əldə olunacaq”, - deyə M.Cabbarov bir daha sahibkarlara, iş adamlarına dostluq təklif etdiyini xatırladıb:

"Dostluq bir çox hissiyyatlardan fərqli olaraq, birtərəfli ola bilmir. Dostluq hər zaman ikitərəfli yoldur. Çünki sən dost dedikdə, həm güvənirsən, həm də insana güvən üçün hüquq verirsən, bu hüququ onun üzərinə ötürürsən. Birmənalı şəkildə inanıram ki, Azərbaycanda sahibkarlıq, iqtisadi fəaliyyətin subyektləri böyük bir yol keçib. Bu yolda çətinliklər olacaqmı, bu yolu birlikdə necə keçəcəyik?

Bu, hər iki tərəfdən, öz üzərində, gündəlik işlərində, yanaşmalarında müəyyən yeniliklər tələb edir. Biz öz tərəfimizdən bu yolu keçməyə hazırıq”.


OXŞAR XƏBƏRLƏR

Ekspert: “Sərnişindaşımada əsas yük avtobusların üzərinə düşəcək”

 Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verib. Karanti...

İyulun 6-da dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 06.07.2020-ci il ta...

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

  Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az xəbər verir ki, iyulun 3-də qızılın qiyməti iyulun 2-i ilə müqayisədə 15,385 manat (0,51 faiz) azalaraq...

“SOCAR təxirəsalınmadan xərclərini optimallaşdırmalıdır”

 "İlk atılan addımlar sırasına rentabelli olmayan sahələrin fəaliyyətinin dayandırılması və məhdudlaşdırılması daxildir" Koronavirus pandemiyasına ...

Azərbaycan neftinin son qiyməti

  Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% artıb. "Azeri Light” mar...

“SOCAR Polymer” avqustda tibbi maskalar üçün 2 000 tonadək məhsul istehsalı planlaşdırır

  Bu ilin may ayında  "SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Polipropilen  zavodunda 611 tona...