Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşdü

Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb.
 
İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə nazir Mikayıl Cabbarov ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb.

Oklahoma Ştatının qubernatoru Kevin Stit ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqiamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dövlət başçısı XİN başçılarının ABŞ-dakı görüşündən danışdı

"Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib”. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fra...

"Bütün hərbi əsirlər Ermənistana qaytarılıb" - Prezident

"Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb". Sfera.az xəbər verir ki, bu fikirl...

İlham Əliyev: Müharibəyə başlamaq istəmirik

Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa b...

İlham Əliyev: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"

"Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti y...

Prezident Paşinyanla görüşün əleyhinə olmadığını AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyin əleyhinə deyil. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliye...

Zakir Həsənov Gennadi Anaşkini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni kom...