“Ümid” yatağında yeni quyunun qazılmasına başlanılıb

“Ümid” yatağında yeni quyunun qazılmasına başlanılıb
 

Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Ümid” yatağındakı "Ümid-1” platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verib.

Sferaa.z  SOCAR-a istinadən xəbər verir ki, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilib.

Qeyd edilib ki, "Ümid'' yatağından hasilatın tezləşdirilməsi üçün "Ümid-1” platformasından əlavə 2 quyu qazılacaq.Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilib.

SOCAR prezidentinin iştirakı ilə "Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra "Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən aparılıb, Böyük Britaniyanın məşhur "Norwell” mühəndislik şirkəti ilə razılaşdırılıb.

Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.

2010-cu ildə Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan "Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılıb. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Qarşıdakı dövrdə "Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı "Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. "Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə "Babək” strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə "Ümid-1” platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...