Messi Avropada birincidir

Messi Avropada birincidir
UEFA 2018-19 mövsümünün indiyəqədərki bombardirlərinin siyahısını açıqlayıb. Qurum futbolçuların bütün turnirlərdə vurduğu qolları hesablayıb.

Bura ölkə çempionatı, avrokubok, Millətlər Liqası və AVRO-2020-nin seçmə mərhələ oyunları daxildi. Siyahıya "Barselona"nın kapitanı Lionel Messi liderlik edir. Argentinalı superulduz cari mövsüm hələlik aktivinə 41 qol yazdırıb. Bununla Leo həm də ardıcıl 10 mövsümdü 40 qol həddini keçir. "Barsa"nın lideri bu toplardan 31-ni La Liqada, 8-ni isə Çempionlar Liqasında vurub.

İlk "üçlüy"ü "Nomme Kalyu"nun hücumçusu Liliu ilə PSJ-nin qol "silahı" Kilian Mbappe bölüşür. Cütlük Messidən 9 top geri qalır. Estoniyada mövsüm başa çatdığından, Mbappenin tezliklə Liliunu geridə qoyması qaçılmazdı.

Maraqlıdı ki, ötən mövsüm beynəlxalq arenada hamıdan çox qol vuran (15) "Yuventus"un hücumçusu Kriştianu Ronaldo hələ ki, ümumi siyahıya düşə bilməyib.

 

2018-19 mövsümünün bombardirləri

1. Lionel Messi ("Barselona") - 41 qol

2-3. Liliu ("Nomme Kalyu")* - 32 qol

2-3. Kilian Mbappe (PSJ) - 32 qol

4-5. Patrik Hoban ("Dundalk")* - 31 qol

4-5. Robert Levandovski ("Bavariya") - 31 qol

6-9. Duşan Tadiç ("Ayaks") - 30 qol

6-9. Liviu Antal ("Jalgiris")* - 30 qol

6-9. Zakaria Beqlarişvili ("Flora")* - 30 qol

6-9. Roman Debelko ("Levadiya")* - 30 qol

10-12. Alli Mbvana Samatta ("Genk") - 29 qol

10-12. Serxio Aquero ("Mançester Siti") - 29 qol

10-12. Alfredo Morelos ("Reyncers") - 29 qol

13-14. Vissam Ben Yedder ("Sevilya") - 28 qol

13-14. Budu Zivzivadze ("Dinamo" Tbilisi)* - 28 qol

Qeyd: * işarəsi ilə göstərilən futbolçuların çıxış etdiyi çempionatda mövsüm başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...