Məşhurun anası Kənan Doğulu ilə Beren Saatın boşanması haqqında nələr dedi? - FOTO

Məşhurun anası Kənan Doğulu ilə Beren Saatın boşanması haqqında nələr dedi? - FOTO
Məşhur müğənni Kənan Doğulu dünən yaradıcılığının 25 illiyi münasibəti ilə "Wolkswagen Arena"da konsert verib.

Sfera.az xəbər verir ki, 5 min nəfərlik konsertdə ulduzu izləməyə gələnlər arasında anası Serpil Doğulu da olub. Lakin 6 aydır hazırlaşdığı gecədə müğənninin xanımı Beren Saat iştirak etməyib. Halbuki, Beren Saat ərini tanış olduqları 2012-ci ildən bu yana heç bir konsertində tək qoymamışdı. Pop ulduzu konsertdən sonra mətbuat nümayəndələrinin suallarına cavab verməkdən imtina edib. Musiqiçinin komandası "Yorğun və şayiələrdən dolayı məyusdur. Açıqlama vermək istəmir" deyə bildirib.

Bundan sonra jurnalistlər oğlunu ən öndən izləyən Serpil Doğuluya sual ünvanlayıb. O, "Boşanacaqlarmı" sualına cavab verməyə əvvəlcə tərəddüd esə də, ard-arda gələn israrlı suallara belə münasibət bildirib:

"Mən bilmirəm, onlar özləri daha yaxşı bilir. Sizlər də bu məsələləri daha yaxşı bilirsiniz".

Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, Beren Saat boşanmaq istəyir, Kənan isə istəmir.

Xatırladaq ki, Beren Saat 26 fevralda 35 yaşı tamam olması münasibətilə İnstaqramda kədərli status yazmış, hətta vəfat edən sevgilisini xatırlamışdı:

"Bu gün bir yaş daha böyüdüm. İnsanların yaş artdıqca necə qəddar ola bilməsi və əslində hamısının dünyaya gələrkən qüsursuz bir körpə olması haqda gerçəkləri bilirəm. Bir tərəfdən kütləvi bir eşqin içində olduğum, digər tərəfdən ən yaxınımda nifrəti hiss etdiyim bi doğum günündə ağlamağı yox, gülməyi seçmişəm.

Ayaq basdığım ən qaranlıq doğum günüm olduğunu düşündüyüm anda Efe ilə bizim mahnımız "Hero"nun səsini eşitdim və ruhum yenidən işıqlandı. Məncə həyatımın ikinci yarısı daha gözəl olacaq. Həyatın mənim üçün yan-yana düzdüyü inci kimi travmalardan sonra bunu gözləyirəm.

Yaşamaq, dirənmək, qəbul etmək, parçalanmaq, bütünləşib yenidən doğulmaq, üzləşmək, tanış olmaq, yolun yarısında başdan başlamaq, gülmək, insanları incitməmək, dinləmək, razı olmaq, çökmək, amma ayaq üstdə inanaraq davam etməkdir. Elə bir sevməkdir ki, hər kəsi sevirmiş kimi... Yaxşı ki, varsınız. Yaxşı ki, doğulmuşuq".

Qeyd edək ki, Beren və Efe illər öncə həm uşaqlıq dostu, həm də sevgili olublar. Lakin Efe avtomobil qəzasında dünyasını dəyişib. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...