Maqazİn

“Məşhurluq məni bədbəxt elədi” Firəngiz Mütəllimova

“Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

"Çox gənc yaşlarımda şöhrətə qovuşmuşam. Gülnar obrazı məni tanıtdı və sevdirdi. Amma məşhurluq məni xoşbəxt eləmədi”.

 

 

Sfera.az xəbər verir ki, bu sözləri Xəzər TV-də "Kino mən” verilişinin qonağı olan Xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bildirib ki, çox gənc yaşlarında əldə etdiyi şöhrət ona xoşbəxtlik deyil, bədbəxtlik gətirib: "Tanınandan sonra mənə elçi düşənlərin sayı-hesabı yox idi. Çaşıb qalmışdım. Bilmirdim onlar məni sevir, yoxsa Gülnarı. Şöhrət başımı qatdığı üçün vaxtında şəxsi həyatımı qaydaya sala bilmədim”.

Keçmiş həyat yoldaşını hörmətlə xatırlayan Xalq artisti daha sonra bunları deyib: "Hazırda həyatımda heç kim yoxdur. Məni ancaq sənətim düşündürür”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930