Məşhur \"tiktok\"çu Ramin Yeraz tutuldu

Məşhur \
Narkotik vasitələrin təbliğində şübhəli bilinən "ramin yeraz" adlı sosial şəbəkə istifadəçisi saxlanılıb. 

Sosial şəbəkələrdə "ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. 

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...