Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında DANIŞDI - FOTO

Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında DANIŞDI - FOTO
Noyabrın 24-də məşhur italyan zərgəri, eyniadlı zərgərlik evinin yaradıcısı Roberto Koin Azərbaycanda özünün yeni qiymətli kolleksiyasını təqdim edib. Vətən müharibəsində Azərbaycanın qələbəsinə həsr olunan bu zərgərlik nümunələri Koin tərəfindən "Xarıbülbül” adlandırılıb. Təqdimat ölkəmizdə böyük maraqla qarşılanıb.

Sfera.az xəbər evrir ki, Bizim.Media Roberto Koinlə əlaqə yaradaraq bu qiymətli kolleksiyaların yaranma tarixçəsi ilə bağlı fikirlərini öyrənib.
 
O, özünün yazılı cavabında bildirib ki, bu, onun Azərbaycana və ölkəmizin gözəlliyinə heyran olan hər kəsə sevgi bəyannaməsidir.


Qeyd edib ki, kolleksiyaya Xarıbülbül gülü formasında 2 ədəd transformer broş daxildir ki, onları kulon kimi də taxmaq olar.

Cənab Koinin fikrincə, "o, bu parçanı seçən qadına onu özünəməxsus şəkildə şərh etmək azadlığı vermək istəyir” və kolleksiya tükənməz duyğular bəxş edir:

"Mən təbiətdə rast gəlinən bütün rəngləri əks etdirmək üçün iki fərqli broş yaratdım. Broş, bu çiçəkdə gördüklərimin yenidən nəzərdən keçirilməsidir: zərafət, rəng və güc".
 
"Xarıbülbül” broşları 18 karatlıq - ağ və ya sarı qızıldan hazırlanıb. Onlar almaz, yaqut, ametist, sarı sapfir və yaşıl qranatlarla işlənib. 

Hər bir məhsul fərdidir və əl işidir. Bu unikal sənət əsərini artıq Bakıda Roberto Coin butikində sifariş edə bilərsiniz və italyan zərgərləri onu xüsusi olaraq sizin üçün yaradacaqlar.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...