Məşhur model cinsiyyətini dəyişib qadına çevrilən atasına makiyaj etdi - FOTO

Məşhur model cinsiyyətini dəyişib qadına çevrilən atasına makiyaj etdi -  FOTO
23 yaşında "dünyanın ən gənc milyarder”i adını qazanan Kayli Cenerin rəsmi "YouTube” kanalında yaydığı yeni video müzakirələrə səbəb olub.
 
Sfera.az xəbər verir ki, model 6 il əvvəl cinsiyyətini dəyişən atasına - Keytlin Cennerə makyaj edib.

Gənc ulduzun videoda Keytlinə hələ də "ata” deməsi də marağa səbəb olub.

Qeyd edək ki, modelin atasının keçmiş adı Brusdur. O, 2015-ci ildə əməlliyatla cinsiyyətini dəyişərək qadına çevrilib. Keytlin övladlarına "cinsiyyətimi dəyişsəm də, yenə də atanız olaraq qalacağam”, deyib.

Jalə Mehdi
Sfera.az





OXŞAR XƏBƏRLƏR