Məşhur cütlüyün toyu koronavirusa görə təxirə düşdü

Məşhur cütlüyün toyu koronavirusa görə təxirə düşdü

Ötən gün övladları olacaqlarının xəbərini yayan məşhur cütlük Keti Perri və Orlando Blumun toyları ertələnib.

Sfera.az xəbər verir ki, buna səbəb isə bütün dünyada yayılan koronavirusdur. Yaponiyada keçirilməsi planlaşdırılan və 150 nəfər qonağın dəvət edildiyi məclis yeni tarixi isə bəlli deyil. "People" dərgisi toyun ABŞ-da keçirilə biləcəyini bildirib.

Qeyd edək ki, K.Perri 2016-cı ildə tanış olduğu aktyordan beş aylıq hamilə olduğunu söyləyib.

(axsam.az)



OXŞAR XƏBƏRLƏR