Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...

Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...
"Doktor Who” serialının aktrisası Tanya Fir itkin düşüb.
 
Sfera.az bildirir ki, bu barədə ailəsi və yaxınları polisə məlumat veriblər. Aktrisanın meneceri Aleks Kol xəbəri mətbuata təsdiqləyib. O, Tanya ilə axırıncı dəfə 8 gün əvvəl işlə bağlı danışdığını deyib. "Son bir neçə aydır, "stand up” çıxışları üçün hazırlaşırdı. İşləri yaxşı gedirdi. Tanyanın itməsi məni də şoka saldı”, -deyə menecer əlavə edib.

Aktrisanın dostları isə sosial şəbəkələrdə #FindTanyaFear adlı həştəq açaraq onun axtarışına başlayıblar. Məlumata görə, Tanya ilə son əlaqə 9 sentyabr tarixində olub.

Xatırladaq ki, Tanya Fir "Doctor Who” adlı serialda "Dr: Jade McIntyre” obrazı ilə məşhurlaşıb. Bundan başqa o, "A Moving Image” və  "Kick Ass 2 de Fear” kimi seriallarda da rol alıb.

Türkan
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Əmrahın boynuna sarılacağımı xəyal edirdim, şəhid olduğunu eşitdim..." - Tanınmış aparıcı

"27 sentyabr, 2020 ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm ki, hardasan? Telefonun o başından xoşbəxt bir səs...

“Onlar tanrı tərəfindən göndərilən mələklərdir” – Məşhurlardan anım günü ilə bağlı PAYLAŞIM

Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.   Sfera.az bildirir ki, tarixi günlə bağlı ölkənin tanınmış simaları da öz fikirlərini b...

Əməkdar artist 30 il öncə şəhid olan həyat yoldaşının məzarını tapdı - FOTO

Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşının məzarını tapıb.   Sfera.az bildirir ki, bu barədə ifaçı özü məlumat verib. O, məzardan foto paylaş...

“Keçmiş nazir kinomuzu komaya saldı" - Kənan Mahmudov

"Keçmiş nazir kinomuzu öz əli ilə komaya saldı. Şəxsən öz adıma sizdən rica edirəm, bir nazir olaraq kinomuzu özünə qaytarmağa kömək edin”.   Sfera.az bi...

Bu həyat necə acı imiş – Xalq artisti

Dəli bir ağlamaq keçir könlümdən. Bu həyat necə acı imiş.   Sfera.az xəbər verir ki, bu sözləri xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabın...

Vəfa Şərifovanın milyonluq villası - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın milyonluq villası diqqət çəkib. Sfera.az xəbər verir ki, müğənni villasında "Lent.az" saytına müsahibə verib. O, bir çox...