Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı

Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı
 
Mərkəzi Gömrük Hospitalı orada müalicə alan Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb. 

Son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır. Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir. 

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilmişdir. 

Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb. (azxeber)

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...