Mənzillərin qiymətində bahalaşma olacaq – EKSPERT HƏYACAN TƏBİLİ ÇALIR

Mənzillərin qiymətində bahalaşma olacaq – EKSPERT HƏYACAN TƏBİLİ ÇALIR
 

"İnşaat işləri üzrə həcmin azalması orta müddətli dövrdə mənzillərin qiymət artımına səbəb olacaq”

 

 

Sfera.az-a açıqlamasında bunu son zamanlar inşaat işləri həcminin azalması tendensiyasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.


O, bu prosesdə yeni yaranan qurumu da günahkar hesab edir:

 

"İnşaat prosesində həcm cəhətdən azalma bir neçə səbəbdən qaynaqlanır. Birincisi, 2018-ci ildən etibarən inşaat işlərinin həyata keçirilməsilə bağlı fəaliyyət prosesinə nəzarəti həyata keçirən yeni qurum fəaliyyətə başlayıb. Bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Bu qurum yeni tələblər və standartlar ortaya qoyub ki, nəticədə hazırkı şərtlər daxilində tikinti prosesinin başlanması üçün müəyyən məhdudiyyətlər tətbiq olunur. İkinci səbəb bazarda tələbin müəyyən qədər aşağı düşməsindən irəli gəlir. Alıcılığın azalması son nəticədə tələbin azalmasına gətirib çıxarıb. Eyni zamanda, hazırda tikinti şirkətlərinin əlində kifayət qədər çoxlu satılmayan mənzillər var. Bunun özü də sektora investisiya qoyuluşunun həcminə müəyyən qədər təsir göstərir, qoyulan investisiyanın dövriliyini azaldır.Bununla yanaşı, inşaat işlərinin zəifləməsi son nəticədə, orta müddətli dövrdə bazara təklif olunan mənzillərin həcminin azalmasına təsir göstərə bilər. Bu isə daşınmaz əmlak bazarı, xüsusən də ilkin bazarda qiymətlərin artan istiqamətdə getməsilə nəticələnə bilər. Ancaq indiki şərtlər daxilində hələlik nisbi durğunluq hiss olunur. Onun da əsas səbəbi alıcılıqla bağlıdır. Alıcılıq qabiliyyətinin 2015-ci ildə olan səviyyəyə qayıda bilməməsi bu istiqamətdə qiymət artımına təsir göstərən faktorları neytrallaşdırır. Təbii ki, inşaat həcminin azalması orta müddətli dövrdə mənzillərin qiymət artımına gətirib çıxaracaq”.


Qeyd edək ki, son zamanlar Azərbaycanda inşaat işlərinin həcmində müəyyən azalmalar müşahidə edilir. Bu azalma hardasa özünü 20 faiz civarında göstərir. Yaranmış bu vəziyyətin istər-istəməz mənzil bazarına müəyyən təsirləri də qaçılmazdır.

Orxan


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...