Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı

Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı
"2000-ci illərin əvvələri Abşeron ərazisində 1 sotu 200 AZN olan torpaq, hazırda 4-5 min manatdır”.

Bunu Sfera.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert torpaq sahələrinin ucuzlaşması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Torpaq satışı mövsümi xarakter daşıyır. Torpaqların satışı may ayında başlayır və avqustun sonunadək satış sürətlənir, qiymətlərdə süni artım müşahidə olunur. Sadəcə, boş torpaq sahəsi alanlar tikintini yay aylarında apardıqlarından qışda proses dayanır. Soyuq aylarda torpaqların satışı səngiyir. Qiymətlərin ucuzlaşması isə müşahidə olunmur. Onsuz da Bakı, Abşeron ərazilərində torpaq sahəsi məhdud sayda, bəlkə də yox dərəcəsindədir”.
 
Ekspertin sözlərinə görə, pandemiya digər sahələrə təsir etdiyi kimi, eləcə də bu sahəni çökdürüb və durğunluq bununla bağlıdır:

”Hazırda Azərbaycan əmlak bazarındakı alıcıların 80%-i təkrar alıcılardır. Onların pulları var və bunu daşınmaz əmlaka yatırırlar. Onlar ev alaraq bunu kirayəyə verirlər və gəlir götürürlər. Əmlak bazarında nağd satışların sayı azalıb və daha çox kreditli satışlar artıb. Bunlar ipoteka kreditləri, şirkətdaxili kreditlər və s.dir. MİDA-nın satışlarına baxsaq, hər satış zamanı minlərlə adam ev almaq üçün növbədə olur. Bir qismi alır, geri qalanlar gözləyir”.
 
"Gələn il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq”

Ekspert kreditli bina mənzillərinin satışlarının çoxaldığını bildirərək, tikinti materiallarının qiymətinin artdığını deyib:

"İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillər layihəsinə start verildi. Qısa vaxt ərzindən mindən çox vətəndaş oradan ev aldı. Bu da o deməkdir ki, bu sahəyə maraq var və vətəndaşlar daha çox kreditlə alışa üstünlük verirlər. Daşınmaz əmlak qiymətlərinə və vətəndaşların aldıqları məvacibə baxsaq, bunların heç cür üst-üstə düşmədiyinin şahidi olarıq. Nəticə etibarilə, insan bir ömür işləyib pul yığmalıdır ki, xırda bir evə sahib olsun. Bu baxımdam kreditli satışlar sürətlənib. Yeni tikili binalarda qiymət artımları qaçılmaz olacaq. Düşünürəm ki, gələn il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq.
 
Bu, son bir il ərzində tikinti materialların qiymətlərinin kəskin formada artması ilə əlaqədardır. Elə tikinti materialları var ki, 2 dəfəyə yaxın bahalaşıb. Misal üçün, əvvəl taxtanın 1 kubu 230 manat idisə, indi 500 AZN və ondan yuxarı təklif olunur. Həmçinin tikintidə aktiv istifadə olunan armaturun qiyməti də 2 dəfəyə yaxın qalxıb. Bu proseslər də öz növbəsində tikintinin maya dəyərinə təsir edir”.
 
Ekpsert tikinti üçün yararlı torpaq sahələrinin yox səviyyəsində olduğunu qeyd edib:

"Digər tərəfdən çoxmənzilli binaların tikintisi üçün yararlı olan torpaq sahələri məhduddur. Tikinti şirkətləri istismar müddəti bitmiş köhnə 4-5 mərtəbəli binaları sökərək onların yerində yeni binalar inşa edirlər. Bu da onların qazancına mənfi təsir göstərir.
Orada yaşamış bütün bina sakinlərinə yeni bina tikilənədək kirayə pulunu və onların geri dönüşünün pulunu ödəyirlər. Bu vətəndaşlara həmin binadan mənzillərinin 20% artıq kvadratı ilə mənzil verirlər. Bu baxımdan belə proseslərin məcmusu qiymət artımına təsir edən faktorlardır”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı

"2000-ci illərin əvvələri Abşeron ərazisində 1 sotu 200 AZN olan torpaq, hazırda 4-5 min manatdır”. Bunu Sfera.az-a əmlak məsələləri üzrə ekspert Elnu...

Türkiyə və Azərbaycan üçün daha bir mühüm saziş - Ərdoğan TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyy...

Aİ ölkələrinin XİN başçıları Qarabağ məsələsini müzakirə edəcək

  Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək. Sfera.az xəbər verir ki, bu barədə Aİ rəs...

"HAROP" kamikadze dronu S-300-ü belə vurdu - FOTO

Sentyabrın 27-dən başlayan erməni təxribatına qarşı əks-hücum əməliyyatı Azərbaycan Ordusunun uğurları və işğal altında olan bir sıra ərazilərimizin azad edi...

Ali Baş Komandan: "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi"

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Sfera.az xə...

Zakir Həsənov Sergey Şoyqu ilə telefon danışığının detallarını açıqladı

"Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”. "Report” xəbər verir ki, bunu Müdafiə naziri general...