No Image
No Image

“Məlumat bazası öz əlimizdə olmalıdır” – Milli sayğac sisteminin yoxluğu hansı təhlükələr yaradır?

“Məlumat bazası öz əlimizdə olmalıdır” – Milli sayğac sisteminin yoxluğu hansı təhlükələr yaradır?
Müasir dövrümüz internet əsridir. Hazırda internetsiz keçinmək demək olar ki, mümkünsüzdür. Onun vasitəsilə dünyanın istənilən məkanı ilə əlaqə saxlayır, məlumatlar alır, işlərimizi idarə edir,  təhsilə yiyələnirik.

Amma onu da nəzərə alaq ki, internetin xeyri olduğu kimi ziyanlı tərəfləri də yox deyil. Bu baxımdan informasiya təhlükəsizliyi ön sırada yer alır. Azərbaycanda əksər informasiya resursları Rusiyaya məxsus "mediametrics.ru”, "liveinternet.ru” və digər sayğac sistemlərinə qoşulub. Belədə bu saytlar məhz onların xəbər siyasətini formalaşdırır, maraqlarına xidmət edir. Bu da xarici kəşfiyyat və dünyanı idarə edən beyin mərkəzləri üçün əlverişli şərait yaradır.

 
Belə ki, bu ölçülərin nəticəsini əldə etməklə hər bir şəxs maraqlandığı ölkənin cəmiyyəti haqqında informasiyaya malik ola bilər. Bununla da digər ölkələrdəki cəmiyyətlərin maraq dairəsini, zəif və güclü tərəflərini, ona təsir edə biləcək amilləri müəyyən edə bilirlər.

Yaranmış vəziyyət ən azından informasiya təhlükəsizliyimizi qorumaq və ya həmin təhlükəni minimuma endirmək üçün milli sayğac sisteminin yaradılmasını vacib edir.
 
Mövzu ilə bağlı Sfera.az-a danışaninternet-media eksperti Səbuhi Abbasov bildirdi ki, qısa zamanda milli reytinq saytları, milli sosial şəbəkə platformalarının yaradılmasına başlamalıyıq:
 
"Azərbaycanın öz sputniki var. Bununla bərabər hesab edirəm ki, reytinq cədvəlləri, milli reytinq saytlarının, böyük xərc tələb etsə də milli sosial şəbəkə platformalarının yaradılmasına da başlamaq lazımdır. Yerli saytlar öz reytinqlərini milli platforma üzərindən  ölçməlidir.  Hazırda isə ölkəmizdəki data məlumatlarının 70-80 faizi xaricdə yerləşən,  fəaliyyəti heç kimə bəlli olmayan statistika mərkəzlərinə ötürülür, bu isə təhlükəlidir.  Bunun qarşısını almaq üçün də qısa zamanda milli statistika saytlarını yaratmalıyıq”. 
 
 
Həmsöhbətimiz hesab edir ki, bu proseslə dövlət qurumları məşğul olsa, geniş populyarlıq qazanmayacaq: "Çünki, dövlət qurumlarında internet şəbəkələrini razı salmayan müəyyən şərt və məhdudiyyətlər ola bilər.  Ona görə də proses beynəlxalq standartlara uyğun müsabiqə şəklində həyata keçməlidir. Onun qalibinə də ilkin pilot layihə olaraq büdcə ayrılmalıdır. Belədə 1-2 ilə dünya standartlarına cavab verəcək mərkəzin yaradılmasına nail ola bilərik”.


Səbuhi Abbasov düşünür ki,  yaradılacaq milli sayğac sistemi tək Azərbaycan auditoriyasına xidmət edəcəksə, ilkin pilot layihənin işə düşməsi üçün 50-100 min dollar lazımdır. Ancaq o digər xarici ölkələr üçün də açıq olmalıdır. Ona görə beynəlxalq platformalı milli statistika mərkəzinin yaradılmasına ilkin mərhələdə 200-300 min dollar vəsait lazım gələcək”.

"Müstəqil reytinq resursumuzun olması faydalıdır, amma burada  sərbəstlik olmalıdır”

Bu açıqlama isə "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzə məxsusdur:

"Özümüzün  müstəqil reytinq resursumuzun olması faydalı olardı. Amma onun da şəffaflığı və müstəqilliyinə təminat verilməlidir. Xarici reytinq resurslarının nə dərəcədə güvənli olması da müzakirə mövzusu ola bilər.  Bununla belə, açıq şəbəkədir, kim hansına qoşulmaq istəyir, sərbəstdir.  Bu hüququ onun əlindən almaq olmaz”.


Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmətin fikrincə isə milli sayğac sisteminin reallaşmasında dövlət aparıcı rol oynamalıdır: "Dövlət sərhədlərinin qorunması vacib olduğu kimi, informasiya təhlükəsizliyi məsələsi də həssas mövzudur. Xaricilərə məxsus sayğac sistemləri saytlara girişləri saymaqla yanaşı, həmin ölkə əhalisinin müəyyən davranışlarını, hansı xəbərlərə daha çox reaksiya vermələrini də qeydə alır.  Bu baxımdan təbii ki, Azərbaycanın özünün milli sayğac sistemləri olmalıdır”.

Həmsöhbətimizin qənaətincə, sözügedən prosesi özəl müstəvidə həyata keçirmək mümkün deyil: "Bu kimi sistemlər ölkəmizdə biznes layihəsi çərçivəsində olmadığından özəl şəxs və şirkətlərdən onun həyata keçirilməsini gözləmək məntiqli deyil.  Buna müəyyən cəhdlər olub. Amma yatırım olmadığı, ciddi dəstək almadığından həmin layihələr iflasa uğrayıb.

Deməli, milli sayğac sisteminin qurulmasında dövlət özü maraqlı olmalıdır ki, bir sıra vacib informasiyalar kənar qüvvələrin əlinə keçməsin. Milli sayğac sisteminin yaradılması ilə xaricilərin ölkəmizlə bağlı müəyyən informasiya toplamalarının qarşısını tam olmasa da, xeyli dərəcədə almaq mümkün olacaq.  Böyük məlumat bazası hər bir dövlətin öz əlində olmalıdır”.
 
Elçin
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Məlumat bazası öz əlimizdə olmalıdır” – Milli sayğac sisteminin yoxluğu hansı təhlükələr yaradır?

Müasir dövrümüz internet əsridir. Hazırda internetsiz keçinmək demək olar ki, mümkünsüzdür. Onun vasitəsilə dünyanın istənilən məkanı ilə əlaqə saxlayır, məlu...

İlham Əliyevin sürdüyü zirehli avtomobil haqda bilinməyənlər - FOTOLAR

Prezident İlham Əliyevin Cəbrayılda sürdüyü zirehli avtomobil artıq hamının marağına səbəb olub.   Sfera.az bildirir ki, ekspert Osman Gündüz bəhs edilən...

Azərbaycanda internetə qoyulan məhdudiyyət götürüldü

Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbi...

Ermənilər şokda: Azərbaycan ordusu bizi 4 günə məhv etdi - Video

İsraillə Azərbaycan arasında bağlanan müqavilə erməniləri qorxuya salıb.   Sfera.az xəbər verir ki, 2016-cı ilin 4 günlük aprel savaşında aldıqları dəhş...

"Facebook" onların taleyini bu cür qaraldıb - HEYRƏTAMİZ FAKTLAR

Yazdığı şərhə görə yüksək məbləğdə cərimələnən də var, 30 il həbsə düşən də, hesabı bağlanan da   Facebook sosial şəbəkəsi 115 istifadəçinin hesabını ...

Gələcəklə bağlı İNANILMAZ öncəgörmələr - Bu tarixdə bəşər övladı ölməzlik qazanacaq

"Google" şirkətinin texniki direktoru və tanınmış futuroloq (öncəgörən) Rey Кurçveyl öncəgörmələri ilə növbəti dəfə çıxış edib. Süni intellekt sahəsində müasi...