Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR

Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR
Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Sfera.az  xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 88 saylı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Burada 28 sağlam təhsil sinif var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrinin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.

OXŞAR XƏBƏRLƏR

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...