Məhkəmədən həbs edilən başçı ilə bağlı – Qərar

Məhkəmədən həbs edilən başçı ilə bağlı – Qərar
 Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Sfera.az xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Qoca Səmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 aya qədər artırılıb.

Qeyd edək ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə iyulun 10-daq baxılıb.

Səbail rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanın vəsatəti təmin olunub. (axar.az)

OXŞAR XƏBƏRLƏR