"Paşinyan yeni reallıqları qəbul etməyə başlayıb” - Deputat

"Ermənistanın Baş naziri Nikol Paşinyan yaratdığımız yeni reallıqları  qəbul etməyə başlayıb”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Müsahibimiz xatırladıb ki, Ermənistan 30 il idir, Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və bu illərdə dövlət başçıları arasında  keçirilmiş danışıqların predmeti işğal altındakı torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi olsa da, ermənilər müxtəlif bəhanələrə və təxribatlara əl ataraq işğalı uzatmağa nail olurdu:

"Paşinyan hakimiyyətə gələndən sonra  ritorikasını dəyişdi. Ümumiyyətlə, danışıqlar yolu ilə münaqişənin həll olunmasını mümkünsüz etdi. Ona görə də Azərbaycan döyüş meydanında öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Bu gün isə yeni reallıq odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün danışıqlara başlanmasına razılıq verib. Paşinyan parlamentin iclasında da Azərbaycanın ərazi bütövlüyünün tanımaqlarından və bütün azərbaycanlıların Qarabağa qayıtmaqlarından başqa yolun olmadığını etiraf edir”.

Millət vəkili deyib ki, yaxın zamanlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər:

"Ermənistanın rəhbərliyi artıq anlamağa başlayıb ki, onların Azərbaycanla sülh müqaviləsi imzalayaraq qonşuluq münasibətləri yaratmaqdan başqa yolu yoxdur”.

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...