ABŞ kəşfiyyatı bu dəfə Putinin lehinə danışdı: "O, Ukraynanı yerlə-bir edə bilər, amma etmir"

ABŞ kəşfiyyatı bu dəfə Putinin  lehinə danışdı:
ABŞ kəşfiyyat rəsmiləri Rusiya ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
 
Sfera.az bildirir ki, onlar bu barədə "Newsweek”ə danışıblar. Ukrayna-Rusiya müharibəsini təhlil edən xəbərə görə, Rusiya Ukrayna şəhərlərini ələ keçirmək niyyətində deyil. 

Amerika Hərbi Kəşfiyyat Təşkilatının (DİA) ekspertlərindən biri, "Putin mülki şəxsləri qəsdən güllələyir” iddialarına reaksiya verərək, bunun doğru olmadığını və bu təbliğatın mümkün sülh danışıqlarına sürətlə zərbə vurduğunu deyib. DİA rəsmilərinin sözlərinə əsasən, Rusiya hava gücündən strateji istifadə etməkdən çəkinir və uzaq məsafədən hücumları məhdudlaşdırır, əvəzində hava qüvvələri quru qoşunlarına yaxın hava dəstəyi verir. ABŞ hərbi kəşfiyyat rəsmilərinin fikrincə, Putin Ukraynanı yerlə-bir edə bilər, lakin o, bunu etmir və böyük şəhərlərdən qaçaraq sülh üçün yer saxlayır.
Mütəxəssislər qeyd edib ki, Ukrayna müharibəsi nə qədər dağıdıcı olsa da, Rusiya daha az zərər vurub və daha az mülki insanı öldürüb. Kəşfiyyat rəsmiləri deyirlər ki, Putinin məqsədi Ukrayna hökumətini danışıqlar mövqeyinə məcbur etmək və bundan qabaq isə, kifayət qədər ərazi tutmaqdır. "Vladimir Putinin bombaları Ukraynanı viran qoya bilər, amma bunu etmir”, deyə  ekspertlərdən biri söyləyib. O, fikirlərinə bu cür davam edib: "Kiyevin mərkəzinə demək olar ki, toxunulmayıb, bütün uzaq məsafəli hücumlar hərbi hədəflərə yönəlib”.

Ekspertlər bildiriblər ki, Rusiya 50 gündə 1400 uçuş həyata keçirib, 1000 raket atıb:

"Daha çox qırğın və dağıntı ola bilərdi. Bu onu göstərir ki, Putin bilərəkdən dinc əhaliyə hücum etməyib, ola bilsin ki, danışıqlar üçün bu addımı atıb. İnsanlar bu dağıntıları Çeçenistan və Hələb kimi şəhərlərə bənzədirlər, lakin Ukrayna şəhərlərinin vəziyyəti çox fərqlidir. Artilleriya və raketlərin yaşayış məntəqələrinə düşməsinin ən mühüm səbəbi şəhərlərdə hərəkət edən Ukrayna hərbi birləşmələridir. Rusiyanın qəsdən mülki insanları hədəfə alması, şəhərləri dağıtması və Putinin heç nə vecinə almaması barədə indiki söyləntilər bizi məyus edir. Belə təhrif olunmuş baxış əsl fəlakəti görünməz edir. Bu yalanı Avropaya, dünyaya deyirlər. Putinin mülki insanları hədəfə aldığına dair xəbərlər təkrarlanır, lakin Rusiyanın bunu qəsdən etdiyinə dair heç bir sübut yoxdur. Hətta deyərdim ki, Rusiya istəsəydi, daha minlərlə dinc sakini öldürə bilərdi”.

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...