Rusiya “G20”dən çıxarılarsa, nəticələri necə olacaq? - "Növbədə BMT var..."

Rusiya “G20”dən çıxarılarsa, nəticələri necə olacaq? -
ABŞ Rusiyanın Ukraynaya qarşı müdaxiləsinə cavab olaraq növbəti addımı atmağı planlaşdırır. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bununla əlaqədar bildirib ki, Vaşinqton müttəfiqləri ilə Rusiyanın "Böyük İyirmilik” (G20) kimi beynəlxalq təşkilat və birliklərdən çıxarılması məsələsini müzakirə etməyi nəzərdə tutub. 

Rusiya "G20”dən çıxarılarsa, nəticələri necə olacaq?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov xatırladıb ki, "G20”nin növbəti sammitinin bu ilin payızında İndoneziyanın Bali adasında keçirilməsi planlaşdırılır və sədrlik edən dövlət Rusiyanı zirvə görüşünə dəvət etməsə, avtomatik olaraq bu təşkilatdan çıxarılmış hesab olunacaq:

"Rusiyada isə deyəsən "G20”dən çıxarılmağa hazırlıq görülür. Həm hakimiyyət nümayəndələri, həm də hakimiyyətə yaxın siyasətçilər "Böyük İyirmilikdən” çıxarılmağı Rusiya üçün faciə hesab etmirlər. Onların fikrincə, bu təşkilat heç də ciddi qərarların qəbul edildiyi mərkəz funksiyasını həyata keçirmirdi. Buna görə Rusiya oradan çıxarılsa belə, heç nə itirmir. Düşünürəm ki, İndoneziya ABŞ və Rusiyanın çıxarılmasında maraqlı olan digər nüfuzlu dövlətlərin təzyiqi qarşısında davam gətirməyəcək. Amma Rusiyada da İndoneziyadan dəvət gözləmədən bu təşkilatda fəaliyyətlərini dondurmaq haqqında qərar qəbul oluna bilər”.

Müsahibimiz bildirib ki, Kremldə "G20”dən çıxarılmanı ciddi hadisə kimi qəbul etməsələr də, 2014-cü ildə Krımı işğal etdiyinə görə Rusiyanın "Böyük Yeddilikdən”,  Ukraynaya müdaxiləsinin nəticəsi olaraq isə Avropa Şurasından uzaqlaşdırılması da nəzərə alınsa, proses addım-addım Rusiyanın BMT-dəki fəaliyyətinə doğru gedir:
 
"Sabah Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə əlaqədar məsələ ortaya çıxa bilər. Görəsən, Putin və onun ətrafı bunu proqnozlaşdırırmı? Belə olan halda, Rusiyada buna ciddi yanaşacaqlarmı?”

Xatırladaq ki, G20 təşkilatı 1990-cı illərin sonunda Asiyada iqtisadi böhrandan sonra "Böyük Yeddiliyin” qərarı ilə yaradılıb və ona Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliaya, Kanada, Çin, Böyük Britaniya, Meksika, Rusiya, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası,Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...