“Bu ifadəni bağışlanmaz hesab edirik” – Peskovdan Baydenə CAVAB

“Bu ifadəni bağışlanmaz hesab edirik” – Peskovdan Baydenə CAVAB
Jurnalistlərin "Rusiya lideri Putini hərbi cinayətkar hesab edirsiniz?” sualına ABŞ prezidenti Co Bayden, "Bəli, məncə, o, hərbi cinayətkardır”, - deyə cavab verib.
 
Sfera.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirdiyi ritorikaya cavab verib:
 
"Bombaları bütün dünyada yüz minlərlə insanın ölümünə səbəb olan bir prezidentin bu cür açıqlamalarını qəbuledilməz və bağışlanmaz hesab edirik".
 
Rusiya parlamentinin aşağı palatası Dumanın sədri Vyaçeslav Volodin isə bəyan edib ki, ABŞ siyasətçilərinin prezident Vladimir Putinə hücumlarının yeganə məqsədi Rusiyanı məhv etməkdir.
 
Əzizə Zeynal

OXŞAR XƏBƏRLƏR