Ukrayna ilə danışıqlarda irəliləyiş var – Medinski

Ukrayna ilə danışıqlarda irəliləyiş var – Medinski
"Ukrayna ilə danışıqlar davam etdirilir".
 
Sfera.az NTV-ə istinadən xəbər verir ki, bunu görüşlərdə Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski deyib.
 
Medinski qeyd edib ki, gecə saatlarında danışıqlar texniki olaraq dayandırılıb və vəkillər işə daxil olub. 
 
Hər iki tərəfin mövqeyinin konkret və aydın olduğunu qeyd edən Medinski, "Bəzi yanaşmalarda irəliləyiş var, lakin bu, bütün məsələlərə aid deyil", - deyə vurğulayıb.

Rusiya nümayəndə heyətinin başçısı Ukraynanın 1991-ci ildə bitərəf qalmaq şərti ilə keçmiş Sovet İttifaqından çıxdığını xatırladaraq, sözügedən şərtin Ukraynanın Dövlət Suverenlik Bəyannaməsində yer almasına diqqət çəkib: 
 
"Danışıqlardakı məsələlər məlumdur. Onların arasında Ukraynanın neytrallıq statusunun qorunub saxlanılması və inkişafı, onun demilitarizasiyası var. Ukrayna ordusunda əsgərlərin sayı ilə bağlı bəzi məsələlər müzakirə olunur. Ukrayna tərəfi Avstriyanın və İsveçin neytral və silahsızlaşdırılmış modelini təklif edir, lakin eyni zamanda ordu və hərbi donanması olan bir dövlət olmaq istəyir".

Medinski bildirib ki, bütün bu məsələlər Rusiya və Ukrayna Müdafiə Nazirlikləri səviyyəsində də müzakirə olunub.

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR