ABŞ-dən Putinə ZƏRBƏ: Cinayətkar elan edildi – Bundan sonra nələr olacaq?

ABŞ-dən Putinə ZƏRBƏ: Cinayətkar elan edildi – Bundan sonra nələr olacaq?
ABŞ senatı Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.
 
Maraqlıdır, Putin uzun müddət hakimiyyətdə qalarsa, bu qərar dövlətlərarası əlaqələrə necə təsir göstərə bilər?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı ABŞ-nin Rusiya ilə yox, birbaşa Putinlə mübarizə apardığını deyib:

"Senat həm respublikaçıların, həm də demokratların ortaq rəyi ilə bu qərarı qəbul edib. Yəni məsələ ilə bağlı yekdil rəy var. Bu da başadüşüləndir, çünki Putin iqtidarı beynəlxalq hüququ, üzərinə götürdüyü öhdəlikləri tapdayaraq işğal faktını ortaya qoyub. Bu qərar iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirəcək. Lakin burada diqqət edilməli bir məsələ var. Belə ki, ABŞ Rusiya dövlətindən daha çox Rusiya iqtidarına zərbə vurmağa çalışır. Belə düşünürəm ki, Putin iqtidarda olduğu müddətdə iki ölkə arasındakı münasibətlər ziddiyət təşkil edəcək”. 

Ekspert Rusiya-ABŞ münasibətlərinin normallaşması məsələsinə də toxunub:
"Putin hakimiyyətdən getdikdən sonra isə iki versiya mümkündür. Bunlardan biri Putindən sonra hakimiyyətə gələn şəxsin Putinin missiyalarını özününkü kimi qəbul edib eyni siyasətlə davam etməsidir. Əgər belə olarsa, dövlətlər arasında gərginlik davam edəcək. Digər versiya Putindən sonrakı iqtidarın bütün səhvləri düzəldib, beynəlxalq hüquqa hörmət göstərməsi və təcavüzdən yayınması ilə bağlıdır. O zaman ABŞ və Rusiya arasında sağlam münasibətlər bərpa ola bilər. Bu öhdəliklər arasında Rusiyanın Ukraynaya maddi təzminat ödəməsi məsələsi də yer alır”. 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR