“Apokalipsis atlısı” Odessaya gəldi - Rusiya-Ukrayna müharibəsinin taleyində DÖNÜŞ NÖQTƏSİ

“Apokalipsis atlısı” Odessaya gəldi - Rusiya-Ukrayna müharibəsinin taleyində DÖNÜŞ NÖQTƏSİ
Fransız jurnalist və filosof Bernard-Anri Levi Odessaya gəlib. Levinin Rusiya silahlı qüvvələrinin dənizdən və havadan hücum etməyə hazırlaşdığı bir zamanda Ukraynanın Odessa şəhərinə gəlməsi diqqət çəkir. Məsələ ondadır ki, onu "müharibə xəbərçisi” kimi qələmə verirlər. Hətta belə bir mif gəzir ki, o, hansı ölkədə görünürsə, orada mütləq qan axır. Təsadüfi deyil ki, onun bir digər ləqəbi də "Apokalipsis atlısı”dır. 

Bernard-Anri Levi kimdir?

Bernard-Anri Levi 1948-ci ildə keçmiş fransız müstəmləkəsi olan Əlcəzairin Oran şəhərinin Beni Saf qəsəbəsində yəhudi ailəsində anadan olub.  Sefarad yəhudisi olan Levinin ailəsi 15-ci əsrdə İspaniyadan qovulan müsəlmanların qəbul etdiyi yəhudilərdəndir. 
Levinin atası Adre Levi 2-ci dünya müharibəsi zamanı fransız ordusunda döyüşən dövrün tanınan iş adamlarından idi. Levi dünyaya gəldikdən sonra isə ailəsi Fransanın paytaxtı Parisə köçməli olub. 
 
Onun fəlsəfi istiqamətinin formalaşmasına  fransız filosoflar Jan Pol Sartr və Emmanuel Levinas təsir edib. Bu təsir onun fəaliyyətində və kitablarında özünü açıq şəkildə də büruzə verir. Təsadüfi deyil ki, onu bir çoxları siyasi və fəlsəfi görüşlərinə, fəaliyyətinə görə həm də "liberalizmin boz kardinalı” adlandırır.

Fərqli regionlar, fərqli münaqişələr, eyni insan!

1971-ci ildə Paris Ali Normal Məktəbi institutunun fəlsəfə ixtisasını bitirən Levinin diqqətini Banqladeşin Pakistandan ayrılmaq üçün başlatdığı müstəqillik hərəkatı çəkib. Bu müharibədə Banqladeşi dəstəkləyən Levi müharibəyə fransız müxbiri kimi gedib.

Müharibədən və müstəqillikdən sonra Banqladeşdə qalan Levi yeni yaradılmış İqtisadiyyat və Planlaşdırma Nazirliyində dövlət qulluqçusu kimi çalışıb. 1973-cü ildə Levi "Banqladeş, İnqilabda Millətçilik" adlı ilk kitabını yazıb.

1992-1995-ci illərdə isə Bosniya-Hersoqovina müharibəsi zamanı ölkəyə səfər edən Levi Qərb ölkələrini bu savaşa cəlb etməklə yanaşı, həm də bosniyalıları apardıqları mübarizəni islam dini konteksində deyil, sekulyar cizgidə davam etməsinin vacibliyini vurğulayıb.


1998-ci ildə Əfqanıstanın şimal-şərqinə səfər edən Levi burada Taliban əleyhinə mübarizə aparan Əhməd Şah Məsudla görüşür. Görüş sonrası Levi Talibana qarşı apardıqları müharibədə Məsud qüvvələrini dəstəklədiyini bəyan edib. Əhməd Şah Məsudun oğlunun sözlərinə görə, Levi atasına, "Siz öz azadlığınız üçün mübarizə apardığınız zaman bizim azadlığımız üçün mübarizə aparırsınız”, - deyib.


 
Məsudun Levi ilə əlaqəsi Avropada dəstək tapmasında və sonrakı illərdə ABŞ ilə birlikdə Talibana qarşı mübarizə aparacaq qüvvələrin formalaşmasında mühüm rol oynayıb. Hətta Levinin təşəbbüsü ilə Fransada Məsudun xatirəsinə lövhə də qoyulub. 

Levi 1999-cu ildə Kosovo Azadlıq Ordusunun tərəfdarı kimi çıxış edərək NATO-nun Yuqoslaviyanı bombalamasına çağırışlar edib. O, eyni zamanda "Çeçen Respublikası İçkeriya”nın prezidenti kimi Aslan Maşadovun tanınmasını təklif edib.

2003-cü ildə Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gətirilməsində əsas rolu məhz Levi oynayıb. Belə ki, 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi o hesab edilir. Təsadüfi deyil ki, Levi 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Kremlə qarşı beynəlxalq təzyiq koalisiyası formalaşmasında mühüm rol oynayıb. 

Ərəb baharının mənəvi atası

Fransız liberal Bernard-Anri Levi 2011-ci ildə "ərəb baharı" hadisələrində iştirak edərək, üsyançılarla danışıqlar aparıb. Milli Keçid Şurasının beynəlxalq səviyyədə tanınmasına məhz o nail olub. 

Bununla bərabər Levi Fransanın o vaxtkı prezidenti Likola Sarkozini inandırmağa çalışırdı ki, Liviya Prezidenti Müəmmər Qəddafi mütləq devrilməlidir. Məhz bu hadisədən sonra Sarkozi Müəmmər Qəddafi rejimini devirmək üçün hərbi müdaxilə qərarı verməyə razı olub. Levinin fəaliyyəti nəticəsində həm Fransa Liviyanı bombalayıb, həm də Müəmmar Qəddafi üsyançılar tərəfindən dəhşətli şəkildə qətlə yetirilib. 

2013-cü ildə o, Suriyada görünən Levinin beynəlxalq ictimaiyyəti Suriya hakimiyyəti əleyhinə qaldırıb. Hətta "Alepponu xilas edin” adlı məqalə ilə də çıxış edən fransız liberal Liviyada olduğu kimi, Bəşər Əsədə qarşı beynəlxalq koalisiya yaradılmasına nail olub. 

Son dayanacaq Ukrayna

Levinin indi də Ukraynanın Odessa şəhərinə gəlməsi ilə bağlı məlumatlar var. Diqqqətçəkən məqam isə onun Odessaya Rusiya silahlı qüvvələrinin havadan və dənizdən hücum etmək istədiyi bir vaxtda gəlməsidir.
 
 

Əslində bu Levinin Ukraynaya ilk səfəri deyil. Avropanın "ürəyi” adlandırdığı Ukraynada peyda olan Bernar Anri Levi bundan öncə eks-prezident Paraşenko ilə görüşmüşdü. Bu günlərdə isə  Zelenskinin yanında görünür. O, eyni zamanda Ukraynanın müharibə gedən bölgəsində də fəal iş aparıb. 
 


Onun Rusiya-Ukrayna müharibəsində hansı missiyanı üstələndiyini demək çətin olsa da,  Fransa, NATO, MDF kimi gücləri arxasına alan Bernar Anri Levi Ukrayna Prezidenti Vladimir Zelenskiyə müəllimlik edir.
 




 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR