Hadisə işçilərinə məxfilik müqaviləsi imzalatdı - İlginc səbəb

Hadisə işçilərinə məxfilik müqaviləsi imzalatdı -  İlginc səbəb
Türkiyəli müğənni Hadisə ilə iş adamı Mehmet Dinçerler nişanlanıb.
 
Sfera.az bildirir ki, iş adamı ailəsi ilə birlikdə Hadisənin Göktürkdəki evinə gedib və türk adətlərinə uyğun qız istəyib. İfaçı dünən baş tutan mərasimdən sonra nişan üzüyünü barmağına taxıb.

Mərasimlə bağlı hər təfərrüatı diqqətlə hazırlayan müğənni bütün işçilərinə məxfilik müqaviləsi imzalatdırıb. Müqaviləyə əsasən, heç bir işçi sosial mediada bu özəl günlə bağlı şəkil paylaşmamalı və ya məlumat sızdırmamalıdır. Hadisənin bu qaydanı pozanlardan külli miqdarda təzminat almaq hüququnun olduğu bildirilib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR