Mədət Quliyev Efiopiyanın müdafiə nazirinin müavini ilə görüşüb

Mədət Quliyev Efiopiyanın müdafiə nazirinin müavini ilə görüşüb
Müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanda rəsmi səfərdə olan Efiopiyanın müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Sfera.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Efiopiya arasında hərbi-texniki sahədə münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

M.Quliyev qonağın diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə dövlət başçısının daima diqqət mərkəzində saxladığı Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, güc strukturlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, onların müasir silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsi məqsədilə yaradılıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açan nazir, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Marta Luvigi Anteneh Efiopiya və Azərbaycan arasında ikitərəfli hərbi əlaqələrin inkişaf edəcəyindən əminliyini bildirib.

Səfər çərçivəsində nazir müavini Marta Luvigi Antenehin başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək istehsal prossesi ilə tanış olub.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...