No Image
No Image

Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdi - FOTO

Mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdi - FOTO
 Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edib qanunsuz tikinti işləri aparmağa cəhd edib.

Sfera.az xəbər verir ki, belə faktlara xüsusilə Bayıl-20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

İyulun 31-i "Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər. 

 
Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən "Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağrılıb. Aldığı xəsarətlərə görə Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub. 

 
Araşdırmalar onu göstərir ki, Bayıl-20-ci yaşayış sahəsində mədən ərazilərini zəbt edən qruplaşmaya özünü "Sizin media” qəzetinin təsisiçisi kimi təqdim edən, jurnalist adı altında maklerliklə məşğul olan Rövşən Şirəliyev dayanır. Onun qanunsuz əməlləri haqqında mətbuatda geniş araşdırmalar dərc olunub. (https://qaynarinfo.az/az/jurnalist-makler-teriqet-lideri-meden-erazilerini-zebt-eden-rvsen-sireliyev-kimdir-foto).

 
Elə Arif və Ruslan Zeynalovlar da Rövşən Şirəliyevin dəstəsinin üzvləridir. Belə ki, Ruslan Zeynalov da "Sizin media” qəzetinin vəsiqəsini daşıyır. 

 
Qeyd edək ki, "Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir? (report.az)

OXŞAR XƏBƏRLƏR

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilə...

Vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTO

 Uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Paşayev (Vüqar Biləcəri) Biləcəri qəbiristanlığında dəfn edilib. Sfer...

Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 əd...

Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

  Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Sfera.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınla...

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şə...

Polis Bakıda obyektlərə nəzarəti gücləndirib - FOTO

Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik,...