May ayında müharibə başlayacaq? – Qarabağda antiterror əməliyyatının anonsu

May ayında müharibə başlayacaq? – Qarabağda antiterror əməliyyatının anonsu
"Ermənistan, Qarabağdakı separatçılar və Rusiya  mütləq şəkildə öz boyunlarının arxasında Azərbaycan Ordusunun  nəfəsini hiss etməlidir. Yalnız belə olan təqdirdə, Azərbaycan istəklərinə nail ola bilər. Düşünürəm ki, bu informasiya da məhz həmin istəklərə yönəlik dövriyyəyə buraxılan bir məlumatdır. Bunun həqiqət yükü ola da, olmaya da bilər”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında may ayının əvvəlində Azərbaycanın Qarabağın dağlıq hissəsində növbəti antiterror əməliyyatına başlayacağı barədə mətbuatda gedən informasiyaları şərh edərkən politoloq Natiq Miri deyib.

Onun fikrincə, bu tipli xəbərlər daha çox informasiya savaşının tərkib hissəsi kimi nəzərdən keçirilməlidir: "Rusiyada institutlaşmış dezinformasiya şəbəkəsi mövcuddur. Qarabağdakı prosesləri Rusiya öz nəzarətində saxlamaq və idarə etmək üçün də belə dezinformasiyalardan istifadə edir. Qarşı tərəfə belə informasiyanı ötürməklə hansısa hazırlıqların görüldüyünü diqqətə çatdırırlar. Burada əsas hədəf öz istəklərini təmin etməyə yönəlib.
 
Azərbaycan isə zaman-zaman bu cür informasiyaları dövriyyəyə buraxmaqla həm Ermənistanı yola gətirmək, həm də Moskvanı aqressiv siyasətindən və İrəvanı dəstəkləməkdən əl çəkməyə vadar etmək istəyir.  Məsələnin kökündə dayanan budur. Yoxsa, mayda hansısa antiterror əməliyyatının keçiriləcəyilə bağlı məlumatı heç bir media orqanı konkret informasiya olmadan iddia edə bilməz.  Çünki bu məxfi informasiyadır, kimsənin bilməsi mümkün deyil”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...