Maştağalı narkotacir 1 tona yaxın narkotiklə tutuldu - FOTO

Maştağalı narkotacir 1 tona yaxın narkotiklə tutuldu - FOTO
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.

Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədə çətənə kolu aşkar olunaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
 
 



OXŞAR XƏBƏRLƏR

Xaçmazda ər arvadını qətlə yetirib

  Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat dax...

Beyləqanda əxlaqsız yuva aşkar edilib

  Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi...

Qayınanasını amansızcasına öldürən qadın hökmdən narazıdır

 Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən 36 yaşlı Mədinə Qreçneva barəsindəki hökmdən apellyasiya şikayəti verib. Sfera.az xəbər verir ki, şi...

İmişlidə oğurluq edən şəxslər saxlanılıb

  İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki məktəbdən və evlərin birindən oğurluq edən şəxsl...

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarını...

Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib

  Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölm...