Maşınlar telefon proqramı ilə işə düşəcək - FOTO

Maşınlar telefon proqramı ilə işə düşəcək - FOTO

İsveçrənin Volvo avtomobil şirkəti istehsal etdiyi avtomobillərdə yenilik etməyə hazırlaşır.

Sfera.az anspress-ə istinadən bildirir ki, 2017-ci ildən etibarən Volvo avtomobillərində açarlardan istifadəyə son verilir. Bunun yerini yeni rəqəmsal açarlar tutacaq ki, avtomobil şirkəti buna müasir telefonlara tətbiq edilən bir proqram vasitəsi ilə nail olacaq.  

Volvo avtomobil sahibləri yeni texnologiya sayəsində  öz avtomobilinə yaxınlaşaraq onun mühərrikini işə sala biləcək.

Volvonun yeni rəqəmsal texnologiyasının təqdimatını Mobil Dünya Konqresində həyata keçirəcəyi gözlənilir. iOS və Android sistemi üçün hazırlanan bu proqram hələlik Windows Phone sisteminə tətbiq edilmir.

Daha bir yenilik isə şirkətin 2017-ci ildən özünü idarə edən Volvo avtomobili istehsal etməyi planlaşdırmasıdır. Bu avtomobillər "ağıllı" elektronika ilə tam təchiz edilmiş olacaqlar. İstehsalçı bu elektronikanı təyyarələrdə quraşdırılmış elektronika ilə müqayisə edir və avtomobillərin çox çətin anlarda belə hərəkət planına malik olacağını qeyd edirlər.

Volvo avtomobillərinə quraşdırılmış "Drive Me" sistemi bulud texnologiyası üzərində işləyən mərkəzə bağlıdır. Bu, o deməkdir ki, həmin texnologiyalı avtomobillərin ötürücü, kamera, akselerometrləri, hiroskopları, GPS-modulları - hamısı vahid mərkəzə məlumat ötürəcək və digər avtomobil qarşıdakı yolda vəziyyətin necə olacağını bununla biləcək.


OXŞAR XƏBƏRLƏR